Bakıda daha bir sərnişin avtobusu qəza törətdi: Ölən var » Median.Az News Agency

Bakıda daha bir sərnişin avtobusu qəza törətdi: Ölən var
Bakıda ölümlə nəticələnən yol qəzası baş verib.

Dünən gecə saat 22:00 radələrində Qaradağ rayonu ərazisində, Lökbatan-Xocasən yolunun “Meyvəli” bazarının qarşısından keçən hissəsində 1962-ci il təvəllüdü Ağayev Fərhad Əliqulu oğlu yolu keçməyə çalışan piyadanı vurub.

Nəticədə, ağır xəsarət alan piyada, 1986-cı il təvəllüdlü Süleyman Nəbiyev aldığı xəsarətlərdən hadisə yerində ölüb. Məlumata görə, hadisəni törədən avtobus “İ-Qafqaz” MMC şirkətinəməxsus olub.

Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır. (Publika.az)скачать dle 11.3





Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri




433 20.10.18 14:50