Tanışına səbəb olmadan 5 bıçaq zərbəsi vuran şəxsə hökm oxunub » Median.Az - Bütün xəbərlər bir ünvanda
20:36 Ermənilər Vatikanı və Papaları neçəyə satın aldılar? - 24 aprel şousu (FOTO)  |     20:24 Sabah 4 rayonun qaz təchizatı dayandırılacaq  |     20:17 Almaniya prokurorluğu 7 radikal islamçıya qarşı ittiham irəli sürüb  |     20:06 Cibuti sahillərində gəmiyə hücum edilib  |     19:59 Rusiya müdafiə nazirinin müavini iki ay müddətinə həbs edilib  |     19:57 AQTA nöqsanlara görə bazar rəhbərlərinə xəbərdarlıq edib  |     19:50 30 ölkədən olan beynəlxalq ekspertlər Laçında aparılan bərpa işləri ilə tanış olublar  |     19:43 Türkiyə Qarabağ şəhidlərinin övladları üçün kosmik düşərgələr təşkil edəcək  |     19:37 Türkiyə Zəngəzur dəhlizi çərçivəsində avtomobil və dəmir yolları üçün işlərə başlayıb  |     19:32 "Milan"da baş məşqçi postuna namizədlər bəlli olub  |     19:28 Tonqada 5,4 maqnitudalı zəlzələ baş verib  |     19:22 Ombudsman Ermənistanın Azərbaycana qarşı mina terroru haqqında Böyük Britaniya səfirini məlumatlandırıb  |     19:13 "Sumqayıt" "Qarabağ"la oyuna baş məşqçisiz çıxacaq  |     19:06 Alimlər istilik xəbərdarlığı şkalası üçün yeni rəng təqdim ediblər  |     18:54 Qırğızıstan Prezidenti Sadır Japarov Bakıda şəhidlərin xatirəsini anıb  |     18:42 Fransa təyyarəsində tüstülənmə: Bakı hava limanına qəza enişi etdi - FOTO  |     18:27 Lukaşenko: Bəzi ölkələr Belarusu müharibəyə sürükləmək istəyir  |     17:52 Rusiya müdafiə nazirinin müavini İvanov dövlətə xəyanətdə şübhəli bilinir  |     17:45 Rəisin evindən oğurluq etdi, araq alıb içdi - Kameraya salam da verdi  |     17:35 Bu dərmanların Azərbaycana gətirilməsi qadağası ləğv edilir  |    

Tanışına səbəb olmadan 5 bıçaq zərbəsi vuran şəxsə hökm oxunub

Bakı Ağır Cinayətlər Məhkəməsində Əlyar Osmanovun (1976-cı il təv.) CM-nin 29,120.1-ci (qəsdən adam öldürməyə cəhd) maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Median.Az
xəbər verir ki, bu il martın 7-də Binəqədi rayonu ərazisindən 5 bıçaq yarası ilə Kliniki Tibbi Mərkəzə Xaliq Kələntərov (1980-ci il təv.) çatdırılıb. Həkimlər zərərçəkmiş şəxsin həyatını xilas ediblər. Binəqədi RPİ 7-ci polis bölməsinin əməkdaşları cinayəti törədən Əlyar Osmanovu saxlayıblar. Məlum olub ki, o əvvəllər məhkum olunub.

Məhkəmə nəticəyə gəlib ki, Ə.Osmanovun ittiham olunduğu CM-nin 29.120.1-ci maddəsi 126.1-ci (qəsdən sağlamlığa ağır zərər vurma) maddəsinə tövsif edilməlidir.

Məhkəmənin hökmü ilə təqsirləndirilən şəxs 3 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunub.

Xatırladaq ki, prosesdə ifadə verən zərərçəkmiş Xaliq Kələntərov bildirib ki, Ə.Osmanovla münasibətləri yaxşı olub, hadisə baş verən gün hər ikisi içkili olub və sadəcə aralarında anlaşılmazlıq baş verib, bir-birlərini başa düşməyiblər. Zərərçəkmiş təqsirləndirilən şəxsə qarşı şikayəti və tələbi olmadığını deyib.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            2 627 20.10.18 13:19