Sumqayıtda tanışını öldürən keçmiş məhkum 16 il cəza alıb » Median.Az - Bütün xəbərlər bir ünvanda
12:19 Çinli hakerlər “iPhone” istifadəçilərinə genişmiqyaslı kiberhücum həyata keçiriblər  |     12:18 Güclü maqnit qasırğası gözlənilir: Ən təhlükəli günlər açıqlandı  |     12:17 “Google”da əməkdaşlar ixtisar edilirlər  |     12:01 Şəmkirdə yerin altından tapılan saraydan GÖRÜNTÜLƏR - VİDEO  |     11:57 Orta məktəblər üçün olan dərsliklər yenilənir? - VİDEO  |     11:56 Bakıda yaşlı kişi oğlu tərəfindən vəhşicəsinə döyüldü  |     11:55 Yaylaqda vəzifəli şəxs çobanın arvadına sataşdı: “Bir əli ilə ağzımı tutdu və yerə yıxdı” - Qətlin TƏFƏRRÜATI  |     11:53 Sülhməramlılara məxsus hərbi texnikalar qatarlarla Rusiya yolunda - VİDEO  |     11:52 Xocalı aeroportu Azərbaycanın nəzarətinə keçir - VİDEO  |     11:51 Azərbaycanlı TIR sürücüsü üç aydır Gürcüstan sərhədini keçə bilmir - VİDEO  |     11:45 Saxlanılan tiktokerlər nə edirmişlər? - ARAŞDIRMA  |     11:41 Elektromobillərlə bağlı YENİ QƏRAR: Azərbaycan gələcəyə yatırım edir  |     11:39 Dubayda su altında qalan avtomobillər Azərbaycana gətirilə bilər - İDDİA (VİDEO)  |     11:37 Məşhur qapıçı iki sarı vərəqə alsa da, meydandan qovulmadı  |     11:23 Bakıda sürücülər əlbəyaxa davaya çıxdılar - VİDEO  |     22:53 Aksizi olmayan 1050 qutu siqaret ələ keçirildi  |     22:15 Ağacları kəsən şəxslər təbiətə 13 min manatdan çox ziyan vurub  |     22:09 “SpaceX” daha 23 internet peykini orbitə çıxardı  |     21:02 Ermənistanda 13 yaşlı qız zorlanıb  |     20:57 Daha 2 nəfər dəm qazından zəhərlənərək ÖLDÜ  |    

Sumqayıtda tanışını öldürən keçmiş məhkum 16 il cəza alıb

Bakı Ağır Cinayətlər Məhkəməsində Sumqayıt şəhər sakini Xəyal Abbasovun (1987-ci il təv.) CM-nin 120.2.4-cü (xüsusi amansızlıqla qəsdən adam öldürmə) maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Median.Az
xəbər verir ki, bu il iyunun 8-də Sumqayıt şəhəri 41-ci məhəllənin ərazisindəki Bələdiyyə parkında Neftçala rayon sakini Emil Nuriyevin (1975-ci il təv.) üzərində zorakılıq əlamətləri olan meyiti aşkar edilib. Hadisədən 4 gün sonra 3-cü polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni münaqişə zəminində törədən əvvəllər məhkum olunmuş Xəyal Abbasov saxlanılıb.

İstintagın gedişatında məlum olub ki, Xəyal Abbasovla Emil Nuriyev arasında köhnədən ədavət olub. Hadisə günü çay evində üz-üzə gələn tanışlar aralarında olan ədavətə son qoymaq üçün təkbətək söhbət ediblər. Nəticədə Xəyal üzərində gəzdiridiyi bıçaqla Emilə 9 bıçaq zərbəsi vuraraq, onu qəsdən həyatdan məhrum edib.

Məhkəmənin hökmü ilə təqsirləndirilən şəxs 16 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunub.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            2 745 19.10.18 15:51