Azərbaycanda beş min eşşək hara yoxa çıxıb? » Median.Az - Bütün xəbərlər bir ünvanda
23:56 Bakının mərkəzində Xalq şairinin adını daşıyan bağın oturacaqları acınacaqlı vəziyyətdədir - VİDEO  |     22:54 Şəmkirdə 27 yaşlı kişi bıçaqlanıb  |     22:50 Baha satılan və ucuz alınan brilyantla bağlı ARAŞDIRMA - VİDEO  |     22:22 Hindistanın ilk şəhər hava taksisi işə başlayacaq  |     22:08 Suriyada terrorçular 16 hərbçini öldürüb  |     22:01 Bakıda bədii gimnastika üzrə Dünya Kubokunun açılış mərasimi keçirilib  |     21:53 Masallının 16 kəndində qaz təchizatı dayandırılacaq  |     21:46 Qazaxıstanda veyp rəsmən qadağan edilib  |     21:38 Premyer Liqa: “Sumqayıt” səfərdə “Turan Tovuz”a qalib gəlib  |     21:27 Bəzi rayonlarda yağış yağacaq, dolu düşəcək - XƏBƏRDARLIQ  |     21:16 Maliyyə Nazirliyi məcburi audit subyektlərinə müraciət edib  |     21:10 Füzulidə qəsdən adam öldürməkdə təqsirləndirilən şəxsin məhkəməsi başlayır  |     21:03 Tbilisidə keçirilən etiraz aksiyaları zamanı beş polis yaralanıb  |     20:58 Blinken: Biz İsrailin təhlükəsizliyinə sadiqik  |     20:45 "Roma" klubu hücumçusu ilə bağlı qərar verib  |     20:37 Sabah 30 dərəcə isti olacaq - PROQNOZ  |     20:29 İranda partlayış baş verib  |     20:17 Haiti Fransadan milyardlarla təzminat tələb edir  |     20:07 Ceyhun Bayramov diplomatik fəaliyyəti başa çatan Əlcəzair səfiri ilə görüşüb  |     18:48 Sankt-Peterburqa güclü qar yağıb  |    

Azərbaycanda beş min eşşək hara yoxa çıxıb?

Son üç ildə Azərbaycanda uzunqulaqların sayında beş minədək azalma baş verib.

Bunu oxu.az-a açıqlamasında Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov deyib.

Onun sözlərinə görə, Dövlət Statistika Komitəsinin məlumatı düzgün deyil, uzunqulaqların sayının azalması beş mindən daha çoxdur:

“Azərbaycanda hansı əti yemək barədə heç bir göstəriş, hüquqi sənəd yoxdur. At, eşşək əti dönərxanalara, restoranlara, məktəblərə, bağçalara verilir və insanlar onu qəbul edirlər. Bir müddət əvvəl Ukraynadan saxta sertifikatla at ətinin ölkəmizə idxal olunduğu aşkarlandı. Fikrimcə, bu cür ətləri satanlar barədə Daxili İşlər Nazirliyi araşdırma aparmalı, cinayət işi açılmalıdır”.

Eyyub Hüseynov qeyd edib ki, birlik dövlət qurumları ilə birlikdə işləmək istəyir ki, insanlar at, eşşək ətini qida kimi qəbul etməsinlər.

Qeyd edək ki, Dövlət Statistika Komitəsinin açıqladığı rəqəmlərə görə, ölkədə 2016-cı ildə 35 816 baş, 2017-ci ildə 34068 baş, 2018-ci ildə 30 854 baş uzunqulaq olub.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            9 132 18.10.18 17:02