Keçmiş məhkum Abşeronda 3 evi qarət edib » Median.Az News Agency

Keçmiş məhkum Abşeronda 3 evi qarət edib
Median.Az xəbər verir ki, DİN Kriminalistik Tədqiqatlar İdarəsi və Astara RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində, sentyabrın 6-dan oktyabrın 11-dək olan müddətdə rayon ərazisindəki 3 evdən qızıl və məişət əşyaları oğurlayan Şahağacı kənd sakini, əvvəllər məhkum olunmuş Elçin Hüseynov saxlanılıb.

Şəxsi axtarış zamanı ondan narkotik vasitə olan heroin aşkar edilib.

Astara RPŞ İstintaq bölməsində CM-nin 177.2.2-ci (oğurluq, təkrar törədildikdə) maddəsi ilə cinayət işi başlanılıb.скачать dle 11.3


Нажмите на эту ссылку, чтобы прочитать новость на русском языке.


Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri




535 18.10.18 12:30