Zərərli Rusiya konservləri Azərbaycana buraxılmadı » Median.Az News Agency


Zərərli Rusiya konservləri Azərbaycana buraxılmadı
Rusiyanın Kalininqrad vilayətində Azərbaycana göndərilməli olan balıq konservlərində yoxlama aparılıb.

Bununla bağlı Rusiya Baytarlıq və Fitosanitar Nəzarəti federal xidmətinin region üzrə idarəsi məlumat yayıb.

Aparılan yoxlamalar zamanı həmin konservlərdə baytarlıq tələblərinin pozulması müəyyən edilib.

Məlum olub ki, konservin tərkibində olan skumbriya balığının istehsal tarixi oktyabrın 1-də başa çatıb. Ancaq baytarlıq tələblərində istehsal tarixinin növbəti ilin fevralın 1-də başa çatacağı göstərilib. Bu səbəbdən mallar saxlanılıb.

Qeyd edilib ki, Azərbaycana göndərilməli olan malın çəkisi 360 kiloqram olub.скачать dle 11.3


Нажмите на эту ссылку, чтобы прочитать новость на русском языке.


Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




          1 196 16.10.18 16:28