Azərbaycanda yeni telekanal fəaliyyətə başlayır: adı nə olacaq? » Median.Az - Bütün xəbərlər bir ünvanda
23:56 Bakının mərkəzində Xalq şairinin adını daşıyan bağın oturacaqları acınacaqlı vəziyyətdədir - VİDEO  |     22:54 Şəmkirdə 27 yaşlı kişi bıçaqlanıb  |     22:50 Baha satılan və ucuz alınan brilyantla bağlı ARAŞDIRMA - VİDEO  |     22:22 Hindistanın ilk şəhər hava taksisi işə başlayacaq  |     22:08 Suriyada terrorçular 16 hərbçini öldürüb  |     22:01 Bakıda bədii gimnastika üzrə Dünya Kubokunun açılış mərasimi keçirilib  |     21:53 Masallının 16 kəndində qaz təchizatı dayandırılacaq  |     21:46 Qazaxıstanda veyp rəsmən qadağan edilib  |     21:38 Premyer Liqa: “Sumqayıt” səfərdə “Turan Tovuz”a qalib gəlib  |     21:27 Bəzi rayonlarda yağış yağacaq, dolu düşəcək - XƏBƏRDARLIQ  |     21:16 Maliyyə Nazirliyi məcburi audit subyektlərinə müraciət edib  |     21:10 Füzulidə qəsdən adam öldürməkdə təqsirləndirilən şəxsin məhkəməsi başlayır  |     21:03 Tbilisidə keçirilən etiraz aksiyaları zamanı beş polis yaralanıb  |     20:58 Blinken: Biz İsrailin təhlükəsizliyinə sadiqik  |     20:45 "Roma" klubu hücumçusu ilə bağlı qərar verib  |     20:37 Sabah 30 dərəcə isti olacaq - PROQNOZ  |     20:29 İranda partlayış baş verib  |     20:17 Haiti Fransadan milyardlarla təzminat tələb edir  |     20:07 Ceyhun Bayramov diplomatik fəaliyyəti başa çatan Əlcəzair səfiri ilə görüşüb  |     18:48 Sankt-Peterburqa güclü qar yağıb  |    

Azərbaycanda yeni telekanal fəaliyyətə başlayır: adı nə olacaq?

"Azərbaycanda ixtisaslaşmış (xəbər) yeni televiziya kanalının yerüstü yayımı üçün 2,4 kilovat gücündə radioverici alınıb”.

Median.Az
xəbər verir ki, bunu "Report”a açıqlamasında Milli Televiziya və Radio Şurasının (MTRŞ) Maliyyə və texniki nəzarət şöbəsinin müdir müavini İsa Məmmədov deyib.

MTRŞ rəsmisi qeyd edib ki, xəbər kanalı oktyabrın sonunda yayıma başlamalıdır: "Əslində, kanal yayım üçün tam hazırdır. Artıq Bakıdan veriliş gedir. Siqnal olduqdan sonra yerüstü yayıma keçmək çətin deyil. Yayımın Full HD formatında olması nəzərdə tutulub”.

İ.Məmmədov bildirib ki, telekanal ya "ARB Xəbər”, ya da "ARB 24” adı altında fəaliyyət göstərəcək: "Gedib işlərlə tanış olmuşam. Əslində, hər şey tam hazırdır və bu gün də yerüstü yayıma çıxa bilərlər. Yəqin ki, hələ özləri sınaq edirlər”.

O, həmçinin xatırladıb ki, "Türkel TV” MMC yeni ixtisaslamış televeziya kanalının yayımına hazırlıq məqsədi ilə Tovuz rayonundan Bakıya köçən müddətdə peykdə yayım müvəqqəti dayandırılmışdı, lakin indi yayım bərpa olunub.

Qeyd edək ki, MTRŞ "Türkel TV” MMC-ni (ARB 24) ümumrespublika televiziya yayım kanalının açılması üçün (Bakı şəhəri və Abşeron yarımadasında 31-ci TV yayım kanalı) 16 noyabr 2017-ci il tarixdən 16 dekabr 2017-ci il tarixədək elan edilmiş müsabiqənin qalibi elan edib və ona 31-ci TV yayım kanalında ümumrespublika televiziya yayımı üçün müddətsiz lisenziya verib.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            1 356 16.10.18 13:10