Sabunçuda ərini küt alətlə öldürən qadının növbəti prosesi keçirilib » Median.Az - Bütün xəbərlər bir ünvanda
11:39 Dubayda su altında qalan avtomobillər Azərbaycana gətirilə bilər - İDDİA (VİDEO)  |     11:37 Məşhur qapıçı iki sarı vərəqə alsa da, meydandan qovulmadı  |     11:23 Bakıda sürücülər əlbəyaxa davaya çıxdılar - VİDEO  |     22:53 Aksizi olmayan 1050 qutu siqaret ələ keçirildi  |     22:15 Ağacları kəsən şəxslər təbiətə 13 min manatdan çox ziyan vurub  |     22:09 “SpaceX” daha 23 internet peykini orbitə çıxardı  |     21:02 Ermənistanda 13 yaşlı qız zorlanıb  |     20:57 Daha 2 nəfər dəm qazından zəhərlənərək ÖLDÜ  |     20:50 4-cü sinifi bitirənlər üçün "Son zəng" keçirilir? - Rəsmi AÇIQLAMA  |     20:43 Sabah temperatur 30 dərəcəyədək YÜKSƏLƏCƏK  |     20:36 Mühərrikli velosipedlər üçün gömrük rüsumu müəyyənləşdi  |     20:29 Qırğızıstanda “TikTok” qismən BAĞLANDI  |     20:16 Britaniya İranın vəzifəli şəxslərinə sanksiya tətbiq etdi  |     20:10 Vaqif Mustafazadə ilə bağlı nadir görüntülər - Video  |     19:58 Azərbaycanın Milli Qəhrəmanı infarkt keçirdi  |     19:50 İşğaldan azad olunan ərazilərdə 13 məktəb tikilir  |     19:44 Temperatur 30 dərəcəyə yüksələcək  |     19:35 Bakıda azyaşlıya hədə-qorxu gələn gənclər saxlanıldı  |     19:23 785-ci gün: Rusiyanın itkiləri yeniləndi  |     19:17 Rusiyada daha 10 qəsəbə su altında qaldı  |    

Sabunçuda ərini küt alətlə öldürən qadının növbəti prosesi keçirilib

Bakı Ağır Cinayətlər Məhkəməsində Gədəbəy rayon sakini Tünzalə Vəliyevanın (1994-cü il təv.) CM-nin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə növbəti məhkəmə prosesi keçirilib.

Median.Az
xəbər verir ki, ötən il noyabrın 7-də Sabunçu qəsəbəsi, Ə.Əlizadə, 45 ünvanında Tünzalə Vəliyeva aralarında yaranmış mübahisə zəminində həyat yoldaşı Nazim Vəliyevin (1989-cu il təv.) başına meyvə qabını vurub. Sonuncu yerə yıxılandan sonra qadın qaz balonu ilə daha bir neçə dəfə ərinin başına zərbə endirərək, onu öldürüb. Hadisəni törədən T. Vəliyeva 12-ci polis bölməsinin əməkdaşları tərəfindən saxlanılıb.

İstintaqın gedişatında məlum olub ki, Nazimlə Tünzalə 4 il əvvəl ailə həyatı qurub. Onlar Sabunçu qəsəbəsində yaşayıblar və iki övladları dünyaya gəlib. Lakin cütlük arasında münasibətlər zaman keçdikcə daha da pisləşib. Nazim tez-tez sərxoş vəziyyətdə evə gəlib və yoldaşını döyüb.
Bununla əlaqədar Tünzalə həyat yoldaşı barəsində polisə şikayət də edib. Noyabrın 7-də ər-arvad arasında növbəti dəfə eyni səpkili münaqişə yaranıb və Nazim Tünzaləni vəhşicəsinə döyüb. Bu zaman qadın masanın üzərindəki iri meyvə qabı ilə onun başına zərbə endirib. Ağır xəsarət alan Nazim yerə yıxılıb. Ərinin qalxıb onu öldürəcəyindən qorxan Tünzalə tez məişətdə istifadə edilən kiçik qaz balonunu gətirib və onun başına bir neçə dəfə vurub. Qeyd edək ki, hadisə vaxtı Vəliyevanın bir qolu sınıq olub. Belə ki, təxminən 1 həftə əvvəl əri onu stulla döyüb və nəticədə qadının qolu sınıb.

Bu gün keçirilən prosesdə təqsirləndirilən şəxsin vəkili vəsatət verərək, T.Vəliyevanın barəsində yenidən psixiatriya ekspertizası keçirilməsini xahiş edib.

Məhkəmə vəsatəti təmin etməyib.

Növbəti proses ayın 22-ə təyin olunub.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            2 595 15.10.18 18:41