Valideynlərdən təhsil nazirinə qəribə şikayət: Uşaqlarımıza saxta "beş"lər yazılır - FOTO » Median.Az - Bütün xəbərlər bir ünvanda
22:58 Sibirdəki meşə yanğınları Avrasiyada temperaturu 0,3 dərəcə aşağı sala bilər  |     22:48 Gədəbəy sakini Gəncədə bıçaqlanıb  |     22:38 Azərbaycanın daha bir boksçusu Avropa çempionatının yarımfinalına yüksəlib  |     22:30 Vladimir Putin dünyada terror aktlarına görə məsuliyyət daşıyanların kimliyini AÇIQLADI - VİDEO  |     22:21 İranda güllələnən gəncə görə kənd sakinləri ayağa qalxdılar - FOTO/VİDEO  |     22:14 Lənkəranda Vətən müharibəsi iştirakçısı anasının xəstəliyini eşidib intihar edib  |     22:06 Abbasqulu ağa Bakıxanovun “Riyazül-qüds” əsəri nəşr olunub  |     21:58 Yenikənd və Mingəçevir su anbarlarında qadağan edilmiş ov alətləri aşkarlanıb  |     21:50 Azərbaycanın daha bir paraüzgüçüsü Avropa çempionu olub  |     21:35 Prezident İlham Əliyevin adından Sadır Japarovun şərəfinə dövlət ziyafəti verilib - YENİLƏNİB  |     21:27 Azərbaycan və Qırğızıstan arasında dini sahədə əməkdaşlıq haqqında Memorandum imzalanıb  |     21:20 Bakıda çoxmərtəbəli yaşayış binasında yanğın olub  |     21:11 Bayden ABŞ-də “TikTok”u qadağan edən qanunu imzaladı  |     21:04 Masazırda evdə yanğın olub  |     20:55 Azərbaycanda yeni kollec yaradıldı  |     20:48 Azərbaycanda 1, 3 və 5 qəpiklər dövriyyədən çıxarıla bilər? (AÇIQLAMA/VİDEO)  |     20:36 Ermənilər Vatikanı və Papaları neçəyə satın aldılar? - 24 aprel şousu (FOTO)  |     20:24 Sabah 4 rayonun qaz təchizatı dayandırılacaq  |     20:17 Almaniya prokurorluğu 7 radikal islamçıya qarşı ittiham irəli sürüb  |     20:06 Cibuti sahillərində gəmiyə hücum edilib  |    

Valideynlərdən təhsil nazirinə qəribə şikayət: Uşaqlarımıza saxta "beş"lər yazılır - FOTO

"Məktəbin müəllimi səhvlərlə dolu nümunələri yazı lövhəsinə yazır, uşaqlardan onları dəftərə köçürməyi tələb edir və onlara saxta "beş" yazır"


Məktəblilərin valideynləri Azərbaycanda təhsilin keyfiyyətindən narazıdırlar və həyəcan təbili çalırlar. Bununla əlaqədar olaraq Bakının 169 saylı tam orta məktəbinin 2-ci sinif şagirdlərinin valideyn qrupu təhsil naziri Ceyhun Bayramov və Bakı Şəhər üzrə Təhsil İdarəsinin müdiri Məhəbbət Vəliyevaya şikayət məktubu ünvanlayıb.


Bu barədə Sputnik Azərbaycan-a Azərbaycan Liberal Demokrat Partiyasının (ALDP) sədri Fuad Əliyev məlumat verib. Onun sözlərinə görə, valideynlər bununla bağlı ona müraciət ediblər və nəticədə nazirə şikayət ərizəsi ilə müraciət ünvanlanıb.

Belə ki, Bakıxanov qəsəbəsində yerləşən 169 saylı məktəbin 2E sinifinin şagirdlərinin valideynləri pedaqoq Maya Hüseynovanın qeyri-peşəkarlığından, məsuliyyətsizliyindən və saxta "beş"lərindən şikayətçidirlər. Valideynlər qeyd ediblər ki, Hüseynova uşaqların təhsilinin keyfiyyəti ilə maraqlanmır və onların psixi sağlamlığına, təhlükəsizliyinə çox səhlənkar yanaşır.



Maya Hüseynovanın şagirdlərindən birinin "Rus dili" fənni üzrə dəftəri

"Hüseynova nümunələri səhvlər buraxmaqla lövhəyə yazır ki, uşaqlar onu dəftərə köçürsünlər. Sonra müəllim bu kobud səhvlərlə dolu dəftərləri yoxlayır və uşaqlara yüksək qiymət yazır" — deyən valideynlər bunu sübut etmək üçün valideynlər bütün sinifdən yığılmış səhvlərlə və "beş"lərlə dolu dəftərləri, onların surətlərini şükayət etdikləri ünvanlara, eləcə də redaksiyamıza təqdim ediblər.

Bununla yanaşı, valideynlər qeyd ediblər ki, sözügedən müəllim 20 sentyabr 2018-ci il tarixində 2E sinfinin şagirdlərini özbaşına qoyub: "Cədvələ görə dərs saat 12:05-də bitməlidir, lakin artıq saat 11:30-dan uşaqlar valideynlərini gözləyərkən məktəbin həyətində məqsədsiz şəkildə dolaşıblar və bu zaman yanlarında müəllim olmayıb. Bu faktı isə məktəbə uşağını gətirmək üçün daha erkən gedən valideynlər təsdiq edə bilərlər".





Valideynlər uşaqları nəzarətdən kənar qoymasını müəlliməyə irad tutanda, Hüseynova kobud şəkildə onlara deyib ki, hara istəsələr, şikayət edə bilərlər. Valideynlər də müəllimin uşaqları ilə bu şəkildə davranmasına göz yuma bilməyiblər.

Valideynlər öz məktublarında AR Konstitusiyasının və müvafiq qanunların hər bir vətəndaşın keyfiyyətli təhsil almaq, dövlət tərəfindən pulsuz təhsillə təmin edilmək hüququnun olduğu, təhsil sisteminə dövlət tərəfindən nəzarət edilməsi, öz xidməti vəzifələrini yerinə yetirməyən və vəzifə səlahiyyətindən sui-istifadə edənlərin məsuliyyətə cəlb olunması barədə müddəalarını xatırladıblar.

Şikayətçilər ərizələrində mövcud qanunvericilikdən xəbərdar olduqlarını diqqətə çatdıraraq, Təhsil Nazirliyindən öz səlahiyyətlərini icra edərək tabeçiliyində olan pedaqoqlara nəzarəti həyata keçirməyi və onlardan öz vəzifə borclarını yerinə yetirməyi tələb etməyi xahiş ediblər.



Şikayət ərizəsində o da qeyd olunub ki, Maya Hüseynovanın hərəkətləri valideynlər tərəfindən onlara qarşı hörmətsizlik kimi qiymətləndirilir. Buna görə də valideynlər Təhsil Nazirliyindən Hüseynovanı peşəkar və yüksək ixtisaslı kadr tələblərinə tamamilə cavab verən başqa müəllimlə əvəzləməyi xahiş edirlər. Şikayət ərizəsini 2E sinif şagirdlərinin 20 valideyni imzalayıb.//sputnik.az

скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            2 375 12.10.18 18:37