Sabunçuda ərini küt alətlə öldürən qadın ifadə verib » Median.Az - Bütün xəbərlər bir ünvanda
11:26 “Sədərək” Ticarət Mərkəzində yanğın - VİDEO  |     11:24 Azərbaycanlı şoumen VƏFAT ETDİ  |     11:22 Bakıda Türkiyə vətəndaşı ölüb  |     23:01 Naxçıvanda göldə boğulan tələbələrin yaxınları hadisənin təfərrüatlarını DANIŞDI - VİDEO  |     22:48 "Microsoft" patent pozuntusuna görə 242 milyon dollar ödəyəcək  |     22:42 İndoneziyada avtobusun qəzaya uğraması nəticəsində azı 10 nəfər ölüb  |     22:37 Berlin məcburi hərbi xidməti bərpa edir?  |     22:33 DİN-dən xəbərdarlıq: Sosial şəbəkələrdə diqqətli olun!  |     22:25 Çin ABŞ-yə qarşı mübarizədə gözlənilməz müttəfiq tapdı  |     22:19 Belqorod atəşə tutulub, ölən və yaralananlar var  |     22:12 Beynəlxalq axtarışda olan 5 nəfər şəxsin ölkəmizə ekstradisiyası təmin edilib  |     22:07 Əfqanıstanda daşqınlar nəticəsində ölənlərin sayı 300-ü keçib  |     21:59 Rusiyada beşmərtəbəli binanın bir hissəsi çöküb  |     21:52 Allahşükür Paşazadə sabah Türkiyəyə gedəcək  |     21:46 Alimlər müəyyən ediblər ki, bitki tozcuqları havanı dəyişə bilir  |     21:41 KİV: ABŞ İsrailə hərbi yardım göndərməkdə davam edir  |     21:35 “Xarıbülbül” festivalından maraqlı anlar - Video  |     21:26 “Turan Tovuz” “Araz-Naxçıvan”a qalib gəldi  |     21:20 Bakının mərkəzində 6-7 mərtəbədən yüksək binalar olmayacaq  |     21:13 Samir Nuriyev: İlin sonunadək işğaldan azad olunmuş ərazilərə 25 mindən çox əhali qayıdacaq  |    

Sabunçuda ərini küt alətlə öldürən qadın ifadə verib

Bakı Ağır Cinayətlər Məhkəməsində Gədəbəy rayon sakini Tünzalə Vəliyevanın (1994-cü il təv.) CM-nin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Median.Az
xəbər verir ki, ötən il noyabrın 7-də Sabunçu qəsəbəsi, Ə.Əlizadə, 45 ünvanında Tünzalə Vəliyeva aralarında yaranmış mübahisə zəminində həyat yoldaşı Nazim Vəliyevin (1989-cu il təv.) başına meyvə qabını vurub. Sonuncu yerə yıxılandan sonra qadın qaz balonu ilə daha bir neçə dəfə ərinin başına zərbə endirərək, onu öldürüb. Hadisəni törədən T. Vəliyeva 12-ci polis bölməsinin əməkdaşları tərəfindən saxlanılıb.

İstintaqın gedişatında məlum olub ki, Nazimlə Tünzalə 4 il əvvəl ailə həyatı qurub. Onlar Sabunçu qəsəbəsində yaşayıblar və iki övladları dünyaya gəlib. Lakin cütlük arasında münasibətlər zaman keçdikcə daha da pisləşib. Nazim tez-tez sərxoş vəziyyətdə evə gəlib və yoldaşını döyüb.
Bununla əlaqədar Tünzalə həyat yoldaşı barəsində polisə şikayət də edib. Noyabrın 7-də ər-arvad arasında növbəti dəfə eyni səpkili münaqişə yaranıb və Nazim Tünzaləni vəhşicəsinə döyüb. Bu zaman qadın masanın üzərindəki iri meyvə qabı ilə onun başına zərbə endirib. Ağır xəsarət alan Nazim yerə yıxılıb. Ərinin qalxıb onu öldürəcəyindən qorxan Tünzalə tez məişətdə istifadə edilən kiçik qaz balonunu gətirib və onun başına bir neçə dəfə vurub. Qeyd edək ki, hadisə vaxtı Vəliyevanın bir qolu sınıq olub. Belə ki, təxminən 1 həftə əvvəl əri onu stulla döyüb və nəticədə qadının qolu sınıb.

Prosesdə ifadə verən T.Vəliyeva bildirib ki, hadisə günü Nazim sərxoş vəziyyətdə evə gələrək, onu və anasını döyməyə başlayıb. Anasının qolunu dişləyib, vurduğu zərbədən başından qan açılıb : "Elə bildim ki, anam öldü. Özümü itirdim, ərimin üstünə getdim. Sonra nə baş verdiyini xatırlamıram”.

Təqsirləndirilən şəxs vurğulayıb ki, mütəmadi olaraq əri tərəfindən işgəncələrə məruz qalıb, yoldaşının keçindiyini görəndən sonra özü polisə məlumat verib.

Növbəti proses ayın 15-ə təyin olunub.
скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            2 729 12.10.18 14:29