Bayılda təhlükə: obyektlərin fəaliyyəti dayandırıldı » Median.Az News Agency

Bayılda təhlükə: obyektlərin fəaliyyəti dayandırıldı
Bayılda sürüşmə ilə bağlı ətrafdakı obyektlərin fəaliyyəti dayandırılıb.

Bunu oxu.az-a açıqlamasında Səbail rayon icra başçısının müavini Abit Əliyev bildirib.

Onun sözlərinə görə, hazırda təhlükəli ərazi müəyyənləşdirilir:

“Oktyabrın 3-dən ərazidə aktivlik var idi. Həmin gündən buraya nəzarət olunurdu. Ötən gecə aktivlik artıb və ərazidə ciddi yarğanlar yaranıb. Təhlükə olar deyə, əraziətrafı yollar bağlanıb və obyektlərin fəaliyyəti dayandırılıb ki, sürüşmə olarsa, həyati təhlükə olmasın”.

Abit Əliyev qeyd edib ki, təhlükəli ərazi müəyyənləşəndən sonra qərar veriləcək:

“Baş nazirin müavini Hacıbala Abutalıbov və digər rəsmilər əraziyə baxış keçirib. Saat 16:00 ərazi barədə qərar veriləcək”.скачать dle 11.3


Нажмите на эту ссылку, чтобы прочитать новость на русском языке.


Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri




634 12.10.18 13:00