Küçə itləri Bakı sakinlərinə rahatlıq vermir - FOTO » Median.Az - Bütün xəbərlər bir ünvanda
22:53 Aksizi olmayan 1050 qutu siqaret ələ keçirildi  |     22:15 Ağacları kəsən şəxslər təbiətə 13 min manatdan çox ziyan vurub  |     22:09 “SpaceX” daha 23 internet peykini orbitə çıxardı  |     21:02 Ermənistanda 13 yaşlı qız zorlanıb  |     20:57 Daha 2 nəfər dəm qazından zəhərlənərək ÖLDÜ  |     20:50 4-cü sinifi bitirənlər üçün "Son zəng" keçirilir? - Rəsmi AÇIQLAMA  |     20:43 Sabah temperatur 30 dərəcəyədək YÜKSƏLƏCƏK  |     20:36 Mühərrikli velosipedlər üçün gömrük rüsumu müəyyənləşdi  |     20:29 Qırğızıstanda “TikTok” qismən BAĞLANDI  |     20:16 Britaniya İranın vəzifəli şəxslərinə sanksiya tətbiq etdi  |     20:10 Vaqif Mustafazadə ilə bağlı nadir görüntülər - Video  |     19:58 Azərbaycanın Milli Qəhrəmanı infarkt keçirdi  |     19:50 İşğaldan azad olunan ərazilərdə 13 məktəb tikilir  |     19:44 Temperatur 30 dərəcəyə yüksələcək  |     19:35 Bakıda azyaşlıya hədə-qorxu gələn gənclər saxlanıldı  |     19:23 785-ci gün: Rusiyanın itkiləri yeniləndi  |     19:17 Rusiyada daha 10 qəsəbə su altında qaldı  |     19:08 Rusiya səfiri Almaniya XİN-ə çağırılıb  |     18:56 Ermənistan XİN: “Brüssel görüşündə gizli gündəm olmayıb”  |     18:52 Bakıda narkokuryerdən beş kiloqram narkotik götürülüb - VİDEO  |    

Küçə itləri Bakı sakinlərinə rahatlıq vermir - FOTO

Bakıda küçə itləri ilə bağlı tədbirlər görülsə də, hələ də şəhərdə sahibsiz heyvanlarla rastlaşırıq.

Bu gün səhər saatlarında Dövlət Statistika Komitəsinin yaxınlığında çox sayda küçə itləri müşahidə edilib.

Məsələ barədə Bakı Şəhər İcra Hakimiyyəti Sahibsiz Heyvanlara Qarşı Mübarizə İdarəsinin rəisi Mübariz Hüseynov saytımıza açıqlamasında bildirib ki, hazırda şəhərin hər yerində küçə itlərinin sayı artıb:

“Heydər Əliyev Fondunun və BŞİH-nin birgə layihəsinə əsasən, Balaxanı qəsəbəsindəki sahibsiz itlər üçün sığınacaq mərkəzində yenidənqurma işləri aparılır. Laboratoriya qurulub, xüsusi təyinatlı maşınlar, itlərə keyidici iynələrin vurulmasında istifadə ediləcək güllələr alınıb.

Eyni zamanda, işçilər üçün xüsusi geyimlər alınacaq. Tikinti işlərinə görə, dörd aydan çoxdur ki, itlərlə bağlı heç bir əməliyyat aparmırıq. Buna görə də sahibsiz itlərin sayı artıb. Amma narahatlığa əsas yoxdur. Yaxın günlərdə bu işə yenidən qayıdacağıq”.

İdarəsinin rəisi bildirib ki, artıq sahibsiz küçə itlərinə qarşı mübarizə ilə bağlı keyidici iynələrin bir hissəsi ölkəyə gətirilib:

“Onlar qısırlaşdırılacaq. Üç-beş ilə sahibsiz heyvanlar şəhərdə sayıla biləcək qədər azalacaq”.
//oxu.az




скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            3 228 12.10.18 12:12