Dövlətdən işsiz vətəndaşlara jest - pulsuz mal paylanılır (FOTO) » Median.Az News Agency

Dövlətdən işsiz vətəndaşlara jest - pulsuz mal paylanılır (FOTO)
Özünüməşğulluq proqramı çərçivəsində işsiz vətəndaşlara mal və materialların verilməsinə başlanılıb.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən (ƏƏSMN) verilən məlumata görə, Azərbaycan Prezidenti İlham Əliyevin tapşırığına əsasən ƏƏSMN tərəfindən icra olunan özünüməşğulluq proqramı çərçivəsində 2018-ci il üzrə işsiz və işaxtaran vətəndaşlara mal və materialların verilməsinə başlanılıb.

İlk olaraq Cəbrayıl rayonu üzrə 123 nəfər (Biləsuvar rayonu, 5 saylı qəsəbə), Füzuli rayonu üzrə 108 nəfərə, ümumilikdə 231 şəxsin əsasən heyvandarlıq üzrə kiçik ailə təsərrüfatlarını qurmaları üçün mal və materiallarla təmin olunması nəzərdə tutulub. Bu gün artıq onlardan bir qrupuna iri və xırda buynuzlu mal-qara verilib və digərlərinə də yaxın bir neçə gündə təqdim olunacaq.









скачать dle 11.3


Нажмите на эту ссылку, чтобы прочитать новость на русском языке.


Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri




1 733 11.10.18 17:52