Hədə-qorxu yolu iə müəllimədən pul tələb edənlərin məhkəməsi başlayıb » Median.Az News Agency

Hədə-qorxu yolu iə müəllimədən pul tələb edənlərin məhkəməsi başlayıb
Bakı Ağır Cinayətlər Məhkəməsində Bakı şəhər sakinləri Yaqub Zalov və Səkinə Hümbətovanın CM-nin 182.2.1-ci (hədə-qorxu ilə tələb etmə, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddəsi ilə təqsirləndirilmələrinə dair cinayət işi üzrə hazırlıq iclası keçirilib.

Median.Az
xəbər verir ki, bu il martın əvvəllərində Yaqub Zalov paytaxt sakini olan bir qadın barəsində rüsvayedici məlumatlar yayacağı ilə hədələyərək, zərərçəkmişdən 5100 manat pul alıb. Həmin ayın 12-də Suraxanı rayonunun Hovsan qəsəbəsində Zalov təkrar, həmin qadından 500 manat alarkən Bakı şəhər Baş Polis İdarəsinin (BPİ) əməkdaşları tərəfindən saxlanılıb.

Araşdırma zamanı məlum olub ki, Y.Zalov bu əməli tanışı S.Hümbətovla birgə həyata keçirib. Zərərçəkmiş qadın Bakı şəhərində, məktəblərin birində müəllimə işləyir.

Hazırlıq iclasında təqsirləndirilən şəxslərin anket məlumatları dəqiqləşdirilib.

Məhkəmənin baxış iclası oktyabrın 15-nə təyin edilib.скачать dle 11.3


Нажмите на эту ссылку, чтобы прочитать новость на русском языке.


Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri




545 11.10.18 17:49