Coratda taksi sürücüsünə qarşı quldurluq edilib, 1 nəfər saxlanılıb » Median.Az News Agency

Coratda taksi sürücüsünə qarşı quldurluq edilib, 1 nəfər saxlanılıb
Median.Az xəbər verir ki, oktyabrın 10-da DİN “102 – Zəng Mərkəzi”nə Sumqayıt şəhəri ərazisində quldurluq hadisəsi baş verməsi barədə müraciət daxil olub.

Məlumatla əlaqədar Sumqayıt ŞPİ 1-ci polis bölməsinin əməkdaşları müəyyən ediblər ki, saat 16 radələrində Sahil küçəsində Bakı şəhər sakini Zaur Nəcəfovun idarə etdiyi “Saipa” markalı avtomobilə minən 2 sərnişin Corat qəsəbəsinə gedəcəklərini deyiblər, sözügedən qəsəbəyə çatanda isə orada, sürücünü hədələyib, avtomobilin saxlanc yerindən 10 manat pulu götürüb uzaqlaşıblar.

Şübhəli şəxs qismində şəhər sakini, əvvəllər məhkum olunmuş Azər Abuzərov saxlanılıb.

Sumqayıt ŞPİ İstintaq şöbəsində CM-nin 181.2.1-ci (quldurluq, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddəsi ilə cinayət işi başlanılıb. İkinci şəxsin tutulması istiqamətində əməliyyat-axtarış tədbirləri davam etdirilir.скачать dle 11.3


Нажмите на эту ссылку, чтобы прочитать новость на русском языке.


Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri




397 11.10.18 17:31