Azərbaycanda hansı məhsullar bahalaşıb? » Median.Az - Bütün xəbərlər bir ünvanda
13:40 Paşinyan: “İlk dəfə olaraq Ermənistan və Azərbaycan problemi masa arxasında həll ediblər”  |     13:36 Azərbaycanda daha bir bank bağlanır - RƏSMİ AÇIQLAMA  |     13:24 TƏBİB-dən Cavanşir Məmmədovun ölüm xəbəri ilə bağlı RƏSMİ AÇIQLAMA - YENİLƏNİB  |     23:56 Bakının mərkəzində Xalq şairinin adını daşıyan bağın oturacaqları acınacaqlı vəziyyətdədir - VİDEO  |     22:54 Şəmkirdə 27 yaşlı kişi bıçaqlanıb  |     22:50 Baha satılan və ucuz alınan brilyantla bağlı ARAŞDIRMA - VİDEO  |     22:22 Hindistanın ilk şəhər hava taksisi işə başlayacaq  |     22:08 Suriyada terrorçular 16 hərbçini öldürüb  |     22:01 Bakıda bədii gimnastika üzrə Dünya Kubokunun açılış mərasimi keçirilib  |     21:53 Masallının 16 kəndində qaz təchizatı dayandırılacaq  |     21:46 Qazaxıstanda veyp rəsmən qadağan edilib  |     21:38 Premyer Liqa: “Sumqayıt” səfərdə “Turan Tovuz”a qalib gəlib  |     21:27 Bəzi rayonlarda yağış yağacaq, dolu düşəcək - XƏBƏRDARLIQ  |     21:16 Maliyyə Nazirliyi məcburi audit subyektlərinə müraciət edib  |     21:10 Füzulidə qəsdən adam öldürməkdə təqsirləndirilən şəxsin məhkəməsi başlayır  |     21:03 Tbilisidə keçirilən etiraz aksiyaları zamanı beş polis yaralanıb  |     20:58 Blinken: Biz İsrailin təhlükəsizliyinə sadiqik  |     20:45 "Roma" klubu hücumçusu ilə bağlı qərar verib  |     20:37 Sabah 30 dərəcə isti olacaq - PROQNOZ  |     20:29 İranda partlayış baş verib  |    

Azərbaycanda hansı məhsullar bahalaşıb?

Bu ilin doqquz ayında Azərbaycanda ən çox bahalaşma xidmət sektorunu əhatə edib.

Dövlət Statistika Komitəsinin məlumatına görə, 2018-ci ilin yanvar-sentyabr aylarında istehlak məhsullarının və xidmətlərin qiymətləri 2017-ci ilin müvafiq dövrünə nisbətən 2,6 faiz, o cümlədən ərzaq məhsullarının qiymətləri 2,5 faiz, qeyri-ərzaq mallarının qiymətləri 3,0 faiz, əhaliyə göstərilən ödənişli xidmətlərin qiymətləri 2,5 faiz bahalaşıb.

Statistik hesablamalara görə, cari ilin sentyabr ayında avqust ayına nisbətən istehlak məhsullarının və xidmətlərin qiymətləri 0,2 faiz, o cümlədən ərzaq məhsullarının qiymətləri 0,4 faiz, qeyri-ərzaq mallarının qiymətləri 0,2 faiz, əhaliyə göstərilən ödənişli xidmətlərin qiymətləri isə 0,1 faiz qalxıb.

Ay ərzində unun, manna yarmasının, mal, qoyun və toyuq ətinin, kolbasa məmulatlarının, balıq məhsullarının, süd məhsulları, pendir və yumurtanın, kərə, zeytun və günəbaxan yağlarının, xiyarın, pomidorun, yerkökünün, kartofun, bananın qiymətlərində bahalaşma, yumru düyünün, qarabaşaq yarmasının, limonun, naringinin, almanın, armudun, narın, qarpızın, yemişin, üzümün, göyərtinin, şirin bibərin, badımcanın, göy lobyanın, soğanın qiymətlərində isə ucuzlaşma müşahidə olunub.

Sentyabr ayında avqust ayına nisbətən əhaliyə göstərilən ödənişli xidmətlərdən məişət cihazlarının, avtomobillərin təmiri, hava nəqliyyatı ilə MDB ölkələrinə sərnişindaşıma, bərbərxana, kosmetoloji, stomatoloji, ictimai iaşə xidmətlərinin qiymətləri, mənzillərin icarə haqqı, kompüter və xarici dil kurslarında təhsil haqqı bahalaşıb, respublikadan kənara istirahət turlarının qiymətləri, dəmir yolu nəqliyyatı ilə MDB ölkələrinə, hava nəqliyyatı ilə MDB ölkələri istisna olmaqla, digər ölkələrə sərnişindaşıma xidmətlərinin qiymətləri isə ucuzlaşıb.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            2 620 11.10.18 12:21