Suraxanı ərazisində oğurluq törədən 6 nəfər saxlanılıb » Median.Az - Bütün xəbərlər bir ünvanda
22:00 Bakıda külək elektrik stansiyası tikiləcək  |     21:53 Sabah Bakının üç rayonunda qaz olmayacaq  |     21:46 AFFA-nın təşəbbüsü ilə UEFA proqramı çərçivəsində futzal turniri keçirilir  |     21:28 Nazim Bəydəmirlinin cinayət işi məhkəməyə göndərilib  |     21:17 Almaniya Prezidenti Türkiyəyə səfər edəcək  |     21:11 Almaniya millisinin sabiq futbolçusu vəfat edib  |     20:58 Bakıda 24, rayonlarda 27 dərəcə isti olacaq - PROQNOZ  |     20:50 Azərbaycanda hesabatlılıqdan yayınan provayderlər cərimələnib  |     20:45 Jozep Borrell: İranın İsrailə cavab zərbəsi endirəcəyini bilirdik  |     20:39 Tayvan yeni yerüstü zenit-raket kompleksini sınaqdan çıxarıb  |     20:26 HƏMAS İsrailə güzəştə getməkdən imtina edib  |     20:19 ABŞ İranla bağlı sənədi BMT TŞ-yə göndərib  |     20:18 Bakıda Leyla Əliyevanın iştirakı ilə növbəti abad həyətlər sakinlərin istifadəsinə verilib  |     20:12 Bakıda qadın sürücü yol qəzasında ağır xəsarətlər alıb  |     20:01 Çexiya Ukrayna üçün 180 min mərmi almağa razılaşıb  |     19:54 Cəlilabadda avtomat və ov tüfəngləri polisə təhvil verilib  |     19:36 Azərbaycanın iki rayonunda günəş elektrik stansiyaları tikiləcək  |     19:20 ABŞ İrana qarşı yeni sanksiyalar hazırlayır  |     18:53 Ermənilər Üzeyir Hacıbəylinin məşhur bəstəsini oğurladılar - VİDEO  |     18:27 Bakıda baş verən yol-nəqliyyat hadisəsi tıxaca səbəb olub  |    

Suraxanı ərazisində oğurluq törədən 6 nəfər saxlanılıb

Median.Az xəbər verir ki, Suraxanı RPİ 31-ci polis bölməsinin əməkdaşları tərəfindən sentyabrın 27-i gecə saat 3 radələrində Əmircan qəsəbəsindəki evlərin birinin həyətindən su mühərrikini oğurlamağa cəhd göstərən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Rəfael Hacıyev saxlanılıb. Aparılmış araşdırma zamanı onun daha 3 həyətyanı sahədən
su mühərrikləri oğurlaması müəyyən edilib.

Bundan başqa, Suraxanı RPİ 31-ci polis bölməsi əməkdaşlarının əməliyyat-axtarış tədbirləri nəticəsində bu il aprelin 9-dan iyulun 4-dək olan müddətdə, ümumilikdə 3 evdən qaz sayğacı, soyuducu mühərriki, kosmetik əşyalar oğurlayan Bakı şəhər sakini Şamo Məmmədov saxlanılıb.

DİN Kriminalistik Tədqiqatlar İdarəsi və Suraxanı RPİ 30-cu polis şöbəsi əməkdaşlarının birgə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində sentyabr ayı ərzində
1 evdən və 1 avtomobildən pul və məişət əşyaları oğurlayan Hövsan qəsəbə sakinləri Atamoğlan Cabbarov və Anar Quliyev saxlanılıblar.

Suraxanı RPİ 30-cu polis şöbəsinin əməkdaşları keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində bu il mayın 22-də evlərin birindən DVD, televizor, noutbuk və 2 ədəd qızıl üzük oğurlayan Bakı şəhər sakinləri Elmir Qəmbərov və Aqşin Quliyev saxlanılıblar.

Faktlarla bağlı CM-nin 177.2.1 (oğurluq, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə), 177.2.2 (oğurluq, təkrar törədildikdə) və 177.2.3-cü (oğurluq, yaşayış sahəsinə qanunsuz daxil olmaqla törədildikdə) maddəsi ilə cinayət işləri başlanılıb.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            2 634 11.10.18 12:15