Bakıda nəqliyyat vasitələrini qaçıran 3 nəfər saxlanılıb » Median.Az - Bütün xəbərlər bir ünvanda
23:56 Bakının mərkəzində Xalq şairinin adını daşıyan bağın oturacaqları acınacaqlı vəziyyətdədir - VİDEO  |     22:54 Şəmkirdə 27 yaşlı kişi bıçaqlanıb  |     22:50 Baha satılan və ucuz alınan brilyantla bağlı ARAŞDIRMA - VİDEO  |     22:22 Hindistanın ilk şəhər hava taksisi işə başlayacaq  |     22:08 Suriyada terrorçular 16 hərbçini öldürüb  |     22:01 Bakıda bədii gimnastika üzrə Dünya Kubokunun açılış mərasimi keçirilib  |     21:53 Masallının 16 kəndində qaz təchizatı dayandırılacaq  |     21:46 Qazaxıstanda veyp rəsmən qadağan edilib  |     21:38 Premyer Liqa: “Sumqayıt” səfərdə “Turan Tovuz”a qalib gəlib  |     21:27 Bəzi rayonlarda yağış yağacaq, dolu düşəcək - XƏBƏRDARLIQ  |     21:16 Maliyyə Nazirliyi məcburi audit subyektlərinə müraciət edib  |     21:10 Füzulidə qəsdən adam öldürməkdə təqsirləndirilən şəxsin məhkəməsi başlayır  |     21:03 Tbilisidə keçirilən etiraz aksiyaları zamanı beş polis yaralanıb  |     20:58 Blinken: Biz İsrailin təhlükəsizliyinə sadiqik  |     20:45 "Roma" klubu hücumçusu ilə bağlı qərar verib  |     20:37 Sabah 30 dərəcə isti olacaq - PROQNOZ  |     20:29 İranda partlayış baş verib  |     20:17 Haiti Fransadan milyardlarla təzminat tələb edir  |     20:07 Ceyhun Bayramov diplomatik fəaliyyəti başa çatan Əlcəzair səfiri ilə görüşüb  |     18:48 Sankt-Peterburqa güclü qar yağıb  |    

Bakıda nəqliyyat vasitələrini qaçıran 3 nəfər saxlanılıb

Median.Az xəbər verir ki, Qaradağ RPİ 10-cu polis bölməsinin əməkdaşları Ələt qəsəbəsi ərazisində "VAZ 2106" markalı avtomobillə birgə Salyan rayon sakini Şamo Qocayevi saxlayıblar. Məlum olub ki, o oktyabrın 6-na keçən gecə Bakı şəhər sakini Mehdi Babayevə məxsus avtomaşını Lökbatan qəsəbəsi ərazisindən qaçırıb.

Bundan başqa, Bakı şəhər sakini Valentin Kotovun “VAZ-2107” markalı avtomobilinin Nizami rayonu ərazisindən qaçırılması barədə DİN-in “102 – Zəng Mərkəzi”nə müraciət daxil olub. DİN-in Təhlükəsiz Şəhər Xidmətinin əməkdaşları tərəfindən həmin avtomaşının Şərifli küçəsində olması müəyyən edilib. Nizami RPİ 25-ci polis bölməsinin əməkdaşları keçirdikləri əməliyyat tədbiri nəticəsində sözügedən nəqliyyat vasitəsini qaçıran Bakı şəhər sakini Abbas Quliyevi avtomobillə birgə saxlayıblar.

Nərimanov RPİ 18-ci polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində ötən il mayın 15-də İlya Sapriqinin “Zontes” markalı motosikletini qaçıran Bakı şəhər sakini Rac Abdullayev, nəqliyyat vasitəsi ilə birgə saxlanılıb.

Faktlarla bağlı araşdırmalar aparılır.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            2 620 09.10.18 14:12