Başına lift düşən xadimənin işi ilə bağlı yeni xəbər » Median.Az - Bütün xəbərlər bir ünvanda
22:43 Taksi qiymətləri yenidən bahalaşıb? - Eyni yola 1 manat daha artıq  |     22:36 "Crocus"un bütün əcnəbi işçilərinin terrorda əli olub-olmadığı yoxlanılır - "Baza"  |     22:27 91 yaşlı ana oğlunun şəhid olduğu ərazidə (VİDEO)  |     22:00 Bakıda külək elektrik stansiyası tikiləcək  |     21:53 Sabah Bakının üç rayonunda qaz olmayacaq  |     21:46 AFFA-nın təşəbbüsü ilə UEFA proqramı çərçivəsində futzal turniri keçirilir  |     21:28 Nazim Bəydəmirlinin cinayət işi məhkəməyə göndərilib  |     21:17 Almaniya Prezidenti Türkiyəyə səfər edəcək  |     21:11 Almaniya millisinin sabiq futbolçusu vəfat edib  |     20:58 Bakıda 24, rayonlarda 27 dərəcə isti olacaq - PROQNOZ  |     20:50 Azərbaycanda hesabatlılıqdan yayınan provayderlər cərimələnib  |     20:45 Jozep Borrell: İranın İsrailə cavab zərbəsi endirəcəyini bilirdik  |     20:39 Tayvan yeni yerüstü zenit-raket kompleksini sınaqdan çıxarıb  |     20:26 HƏMAS İsrailə güzəştə getməkdən imtina edib  |     20:19 ABŞ İranla bağlı sənədi BMT TŞ-yə göndərib  |     20:18 Bakıda Leyla Əliyevanın iştirakı ilə növbəti abad həyətlər sakinlərin istifadəsinə verilib  |     20:12 Bakıda qadın sürücü yol qəzasında ağır xəsarətlər alıb  |     20:01 Çexiya Ukrayna üçün 180 min mərmi almağa razılaşıb  |     19:54 Cəlilabadda avtomat və ov tüfəngləri polisə təhvil verilib  |     19:36 Azərbaycanın iki rayonunda günəş elektrik stansiyaları tikiləcək  |    

Başına lift düşən xadimənin işi ilə bağlı yeni xəbər

Başına lift düşərək ölən xadimənin işi ilə bağlı “Nəsimi 3” MMC-nin idarə heyətinin sədri Əzizov Soltanəhməd Şota oğlu istintaqa cəlb olunub.

İstintaq orqanı tərəfindən onun ifadəsi alınıb, sonra sərbəst buraxılıb.

Hazırda cinayət işi üzrə zəruri hallar araşdırılır.

Qeyd edək ki, hadisə Asif Məhərrəmov küçəsi, 44 ünvanında “Göyəzən MTK-nın inşa etdiyi binada baş verib.

Hadisə nəticəsində lift 1979-cu il təvəllüdlü Yusifova Mahirə Yusif qızının üzərinə düşüb və nəticədə, qadın hadisə yerində dünyasını dəyişib.

İlkin araşdırma nəticəsində məlum olub ki, lift 2016-cı ildə mənzil mülkiyyətçilərinin müştərək idarə etdiyi “Nəsimi 3” adı ilə qeydiyyata alınmış şirkət tərəfindən quraşdırılan liftin trosları zədələnib. Lakin “Nəsimi 3” MMC-nin idarə heyətinin sədri Əzizov Soltanəhməd Şota oğlu bu sahə üzrə heç bir peşə bacarığı olmadan, özbaşına, aidiyyəti qurumların mütəxəssislərini dəvət etmədən və texniki təhlükəsizlik qaydalarına riayət etmədən liftin kabinəsini saxlayan trosları dəyişmək üçün lifti doqquzuncu mərtəbəyə qaldırıb, liftin aşağı düşməsinin qarşısını almaq üçün onuncu mərtəbədə liftin mühərrikinin şkiflərinin üzərindən üç ədəd trosu sıxac vasitəsilə şkifə sıxıb.

Daha sonra o, birinci mərtəbədəki liftin şaxtasına girib liftin troslarına bağlanmış yükləri açıb. MMC rəhbəri müəssisədə xadimə işləyən, Sabirabad rayonunun Dadaşbəyli kəndində anadan olmuş, Biləcəri qəsəbəsində kirayədə yaşayan, 1979-cu il təvəllüdlü Yusifova Mahirə Yusif qızına lift şaxtasının döşəməsini zibillərdən təmizləməyi tapşırıb.

Bundan sonra S.Əzizov liftin mühərrik hissəsinə gələrək şkifə bağladığı trosun boltunu açıb. Bu vaxt liftin kabinəsi doqquzuncu mərtəbədən yüksək sürətlə aşağı enərək, şaxtada təmizlik aparan qadının üzərinə düşüb. Hadisə nəticəsində liftin altında qalan qadının baş və beyni əzilərək dağılıb, nəticədə, o, hadisə yerində ölüb.

Faktla bağlı Nəsimi rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 314.2-ci (səhlənkarlıq, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb.//oxu.azскачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            2 201 09.10.18 13:29