Median.Az xəbər verir ki, Səbail RPİ 8-ci polis bölməsinin əməkdaşları keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində, oktyabrın 4-də evdən 450 manat oğurlayan Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Sübhan Muxtarovu saxlayıblar.
Araşdırma zamanı, tutulan şəxsin daha 1 rvdən 5000 manat dəyərində qızıl-zinət əşyaları oğurlaması müəyyən edilib.
Səbail RPİ İstintaq şöbəsində CM-nin 177.2.2-ci (oğurluq, təkrar törədildikdə) maddəsi ilə cinayət işi başlanılıb.