Median.Az xəbər verir ki, Sumqayıt ŞPİ 4-cü polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində, oktyabrın 4-də şəhər sakini Ö.Həsənalıyevin 50 manat pulunu soyğunçuluq yolu ilə ələ keçirib, hadisə yerindən qaçan şəhər sakini, əvvəllər məhkum olunmuş Fərahim Abbasov saxlanılıb.
Sumqayıt ŞPİ İstintaq şöbəsində CM-nin 180.1-ci (soyğunçuluq) maddəsi ilə cinayət işi başlanılıb.