Median.Az xəbər verir ki, oktyabrın 5-də Hövsan qəsəbəsində yaşayan Ağaməli Kərimov evində, ailə münaqişəsi zəminində qardaşı Ədilə bıçaqla xəsarətlər yetirib. Nəticədə sonuncu kəskin qanitirmədən dünyasını dəyişib.
A.Kərimov Suraxanı RPİ 30-cu polis bölməsinin əməkdaşları tərəfindən saxlanılıb.
Suraxanı rayon prokurorluğunda CM-nin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanılıb, məhkəmə-tibbi ekspertizası təyin edilib.