Median.Az xəbər verir ki, Binəqədi RPİ 6-cı polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində, sentyabrın 27-də evdən 500 manat və 2000 manat dəyərində qızıl əşyalar oğurlayan əvvəllər məhkum olunmuşlar - Bakı şəhər sakini Anar Həsənov və Sabirabad rayon sakini Xəqani Abbasov saxlanılıblar.
Binəqədi RPİ İstintaq şöbəsində CM-nin 177.2.1-ci (oğurluq, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddəsi ilə cinayət işi başlanılıb.