Lotereyalarla bağlı ciddi dəyişikliklər edildi » Median.Az - Bütün xəbərlər bir ünvanda
15:53 Ceyhun Bayramov Fələstinin baş naziri ilə Qəzzadakı vəziyyəti müzakirə etdi  |     15:39 20 min manat borca görə qəssab həbs edildi  |     15:24 Azərbaycan-Fransız Universiteti bağlanır? - AÇIQLAMA  |     15:14 Azərbaycanda 22 yaşlı oğlan qadının üzərinə benzin tökərək yandırıb - RƏSMİ AÇIQLAMA  |     14:57 Zərərçəkmiş şəxsin razılığı olmadan onun fotosunu mediaya təqdim edənlər cəzalandırılacaqlar  |     14:54 Bakı Fransız Liseyi fəaliyyətini dayandırır - YENİLƏNİB (RƏSMİ AÇIQLAMA)  |     13:56 Milli Məclis Hesablama Palatasının hesabatını qəbul edib  |     13:36 Kəmaləddin Heydərovdan yüksək vəzifəyə TƏYİNAT - FOTO  |     13:34 BDU-nun tələbəsi intihar etdi  |     13:23 Məhkəmə qardaşının həyətinə qumbara atan şəxslə bağlı qərar çıxardı  |     13:08 Xocavənddə fermada xeyli sayda partlayıcı qurğu və maddə aşkarlanıb  |     12:49 Qəbiristanlıqdan oğurluq edən keçmiş məhkumlar saxlanılıblar  |     12:44 Salyanda avtomobillər toqquşub, xəsarət alanlar var  |     12:36 Dünyanın ilk “ChatGPT”li qulaqlığı: Xarici dildəki nitqi sinxron tərcümə edəcək - VİDEO  |     12:21 Övladını xilas etmək istəyərkən Kürdə batan Zərdab sakininin meyiti tapılıb - FOTO  |     12:19 Çinli hakerlər “iPhone” istifadəçilərinə genişmiqyaslı kiberhücum həyata keçiriblər  |     12:18 Güclü maqnit qasırğası gözlənilir: Ən təhlükəli günlər açıqlandı  |     12:17 “Google”da əməkdaşlar ixtisar edilirlər  |     12:01 Şəmkirdə yerin altından tapılan saraydan GÖRÜNTÜLƏR - VİDEO  |     11:57 Orta məktəblər üçün olan dərsliklər yenilənir? - VİDEO  |    

Lotereyalarla bağlı ciddi dəyişikliklər edildi

“Lotereyalar haqqında” qanunda dəyişikliklər Milli Məclisin (MM) bu gün keçirilən plenar iclasında I oxunuşda müzakirə edilib.

Dəyişikliyə əsasən, qanuna “Elektron lotereya” anlayışı əlavə olunub.

Elektron lotereya - lotereyanın keçirilmə formasından asılı olmayaraq, lotereya təşkilatçısının lotereya biletlərinin yayılmasını və lotereya iştirakçıları arasında uduş fondunun oynanılmasını informasiya sistemləri və şəbəkələri vasitəsilə həyata keçirdiyi lotereyadır.

Həmçinin dəyişikliklə, lotereya iştirakçılarına yaş məhdudiyyəti tətbiq edilib. Belə ki, lotereya iştirakçısı 18 yaşına çatmış, könüllü şəkildə lotereyada iştirak edən, lotereya biletinin (ona bərabər tutulan digər məlumat daşıyıcısının) sahibidir.

Digər dəyişikliyə əsasən, lotereyanın şərtlərində dəyişiklik edilməsi üçün lotereya təşkilatçısı uduş fondunun oynanılması tarixinə azı 15 iş günü qalmış maliyyə bazarlarına nəzarət orqanına müraciət edir. Lotereyanın şərtlərində dəyişiklik edilməsi ilə bağlı müraciət maliyyə bazarlarına nəzarət orqanına daxil olduğu gün qeydiyyata alınır və həmin tarixdən etibarən 5 iş günündən gec olmayaraq, maliyyə bazarlarına nəzarət orqanı dəyişikliklər edilməsinə icazənin verilməsi və yaxud bundan imtina edilməsi barədə qərar qəbul edir.

Lotereyanın şərtlərinə dəyişiklik edilməsinə razılıq verilməsi və yaxud bundan imtina edilməsi barədə qərar lotereya təşkilatçısına təqdim edilir və yaxud sifarişli poçt göndərişi vasitəsilə göndərilir. Hazırda qüvvədə olan qanun əsasən lotereyanın şərtlərinə əlavə və dəyişikliklər uduş fondunun oynanılması tarixinə azı 10 iş günü qalana qədər edilə bilər.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            1 040 05.10.18 14:44