Median.Az xəbər verir ki, Nərimanov RPİ 16-cı polis bölməsi əməkdaşlarının keçirdikləri istintaq-axtarış tədbirləri nəticəsində, sentyabrın 8-də paytaxt sakini olan bir qadının
20.000 manat dəyərində qızıl əşyalarını soyğunçuluq yolu ilə ələ keçirən Abşeron rayon sakini Arif Bayramov saxlanılıb.
Nərimanov RPİ İstintaq şöbəsində CM-nin 180.1-ci (soyğunçuluq) maddəsi ilə cinayət işi başlanılıb.