Bakıda 7-ci sinif şagirdi məktəbdə öldü » Median.Az - Bütün xəbərlər bir ünvanda
23:01 Naxçıvanda göldə boğulan tələbələrin yaxınları hadisənin təfərrüatlarını DANIŞDI - VİDEO  |     22:48 "Microsoft" patent pozuntusuna görə 242 milyon dollar ödəyəcək  |     22:42 İndoneziyada avtobusun qəzaya uğraması nəticəsində azı 10 nəfər ölüb  |     22:37 Berlin məcburi hərbi xidməti bərpa edir?  |     22:33 DİN-dən xəbərdarlıq: Sosial şəbəkələrdə diqqətli olun!  |     22:25 Çin ABŞ-yə qarşı mübarizədə gözlənilməz müttəfiq tapdı  |     22:19 Belqorod atəşə tutulub, ölən və yaralananlar var  |     22:12 Beynəlxalq axtarışda olan 5 nəfər şəxsin ölkəmizə ekstradisiyası təmin edilib  |     22:07 Əfqanıstanda daşqınlar nəticəsində ölənlərin sayı 300-ü keçib  |     21:59 Rusiyada beşmərtəbəli binanın bir hissəsi çöküb  |     21:52 Allahşükür Paşazadə sabah Türkiyəyə gedəcək  |     21:46 Alimlər müəyyən ediblər ki, bitki tozcuqları havanı dəyişə bilir  |     21:41 KİV: ABŞ İsrailə hərbi yardım göndərməkdə davam edir  |     21:35 “Xarıbülbül” festivalından maraqlı anlar - Video  |     21:26 “Turan Tovuz” “Araz-Naxçıvan”a qalib gəldi  |     21:20 Bakının mərkəzində 6-7 mərtəbədən yüksək binalar olmayacaq  |     21:13 Samir Nuriyev: İlin sonunadək işğaldan azad olunmuş ərazilərə 25 mindən çox əhali qayıdacaq  |     21:06 Günəşdə gün ərzində ikinci ən güclü alovlanma baş verib  |     20:53 Əlaqələndirmə Qərargahının növbəti iclası Xankəndi şəhərində keçirilib  |     20:36 Lənkəranda yenidən yeraltı təkanlar qeydə alınıb  |    

Bakıda 7-ci sinif şagirdi məktəbdə öldü

Dünən 18:00 radələrində Xəzər rayonu 26 nömrəli tam orta məktəbdə ölüm hadisəsi baş verib.

Median.Az
Azvision.az-a istinadən xəbər verir ki, həmin məktəbdə 125 nömrəli tam orta məktəbin 7-ci sinif şagirdi dünyasını dəyişib.

Məktəbin həkimi həmin vaxt orada olmayıb. İdman müəllimi isə ilk tibbi yardım göstərə bilməyib. Vəfat edən şagird ailənin tək övladı olub.

26 nömrəli tam orta məktəbdən bildirilib ki, məktəbin Teymur adlı idman müəllimi evə gedərkən qohumu Məmmədağa Zeynalovun halsız olduğunu görüb və onu özü ilə birlikdə məktəbə gətirib:

“Dünyasını dəyişən şəxs ürək əməliyyatı keçirib və epilepsiya xəstəliyindən əziyyət çəkib. Teymur müəllim hadisə zamanı ona ilkin tibbi yardım göstərmək istəyib. Poliklinikada çalışan yoldaşına zəng edib. Uşağa dərhal ilkin yardım göstərilib. Təəssüf ki, təcili tibbi yardım gələnədək uşaq vəfat edib".

Məlumatda qeyd edilib ki, dünyasını dəyişən şagird Xəzər rayonu 125 nömrəli məktəbdə oxuyub. O, 26 nömrəli məktəbdə dərs deyən idman müəlliminin xalası nəvəsidir.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            3 587 05.10.18 11:19