Median.Az xəbər verir ki, Xəzər RPİ 2-ci polis şöbəsinin əməkdaşları əməliyyat-axtarış tədbirləri nəticəsində oktyabrın 2-də Buzovna qəsəbəsindəki evlərin birindən 1000 manat dəyərində qızıl-zinət əşyaları oğurlayan Sabirabad rayon sakini S.Nəsirovanı saxlayıblar.
Araşdırma zamanı məlum olub ki, saxlanılan qadın ev sahibinin bacısıdır.
Faktla bağlı CM-nin 177-ci (oğurluq) maddəsi ilə istintaq aparılır.