Bakıda qonşunun azyaşlı qızını yoldan çıxaran kişiyə ağır cəza » Median.Az - Bütün xəbərlər bir ünvanda
16:28 Sürücülük hüququ olmadan idarə etdiyi maşınla qəza törətdi, məhkəmə zalında həbs olundu  |     16:17 Abel Məhərrəmov məhkəməyə verildi  |     16:06 Bakıda saxta “Fairy”, “Domestos”, “Perwol” və “Prill” qablaşdıran sex aşkarlanıb - FOTO  |     15:53 Ceyhun Bayramov Fələstinin baş naziri ilə Qəzzadakı vəziyyəti müzakirə etdi  |     15:39 20 min manat borca görə qəssab həbs edildi  |     15:24 Azərbaycan-Fransız Universiteti bağlanır? - AÇIQLAMA  |     15:14 Azərbaycanda 22 yaşlı oğlan qadının üzərinə benzin tökərək yandırıb - RƏSMİ AÇIQLAMA  |     14:57 Zərərçəkmiş şəxsin razılığı olmadan onun fotosunu mediaya təqdim edənlər cəzalandırılacaqlar  |     14:54 Bakı Fransız Liseyi fəaliyyətini dayandırır - YENİLƏNİB (RƏSMİ AÇIQLAMA)  |     13:56 Milli Məclis Hesablama Palatasının hesabatını qəbul edib  |     13:36 Kəmaləddin Heydərovdan yüksək vəzifəyə TƏYİNAT - FOTO  |     13:34 BDU-nun tələbəsi intihar etdi  |     13:23 Məhkəmə qardaşının həyətinə qumbara atan şəxslə bağlı qərar çıxardı  |     13:08 Xocavənddə fermada xeyli sayda partlayıcı qurğu və maddə aşkarlanıb  |     12:49 Qəbiristanlıqdan oğurluq edən keçmiş məhkumlar saxlanılıblar  |     12:44 Salyanda avtomobillər toqquşub, xəsarət alanlar var  |     12:36 Dünyanın ilk “ChatGPT”li qulaqlığı: Xarici dildəki nitqi sinxron tərcümə edəcək - VİDEO  |     12:21 Övladını xilas etmək istəyərkən Kürdə batan Zərdab sakininin meyiti tapılıb - FOTO  |     12:19 Çinli hakerlər “iPhone” istifadəçilərinə genişmiqyaslı kiberhücum həyata keçiriblər  |     12:18 Güclü maqnit qasırğası gözlənilir: Ən təhlükəli günlər açıqlandı  |    

Bakıda qonşunun azyaşlı qızını yoldan çıxaran kişiyə ağır cəza

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində seksual xarakterli zorakılıq hərəkətləri etməkdə təqsirləndirilən Elman Hüseynovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Hakim Əhməd Quliyevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Hökmə əsasən, E. Hüseynov 12 il müddətinə azadlıqdan məhrum edilib.

E. Hüseynov təqsirləndirilir ondan ötrü ki, aşkar sürətdə təkrarən qonşusu, 13 yaşlı Zərifə Mehdiyevanın ( ad-soyad şərtidir) köməksiz vəziyyətindən istifadə edərək, seksual xarakterli hərəkətlər edib.

O, 27 dekabr 2017-ci ildə Maştağa qəzəbəsində Z. Mehdiyevanın yaşadığı evə gələrək, seksual xarakterli fikirlərə təhrik edib və maraq oyadıb. Qızı razı saldıqdan sonra onunla qeyri-təbii yolla cinsi əlaqədə olub. Bu fakt dəfələrlə təkrarlanıb.

Z. Mehdiyevanı dəfələrlə qeyri-təbii yolla zorlayan E. Hüseynov şikayət əsasında həbs edilib.

Ona qarşı Cinayət Məcəlləsinin 150 (Zərərçəkmiş şəxsə və ya başqa şəxslərə zor tətbiq etməklə və ya belə zor tətbiq etmə hədəsi ilə və ya zərərçəkmiş şəxsin köməksiz vəziyyətindən istifadə etməklə uşaqbazlıq və ya seksual xarakterli digər zorakılıq hərəkətləri etmə) maddəsi ilə cinayət işi açılıb.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            1 036 04.10.18 14:02