Житель Шамахы, убивший мачеху направлен в психиатрическую больницу » Median.Az - Bütün xəbərlər bir ünvanda
23:56 Bakının mərkəzində Xalq şairinin adını daşıyan bağın oturacaqları acınacaqlı vəziyyətdədir - VİDEO  |     22:54 Şəmkirdə 27 yaşlı kişi bıçaqlanıb  |     22:50 Baha satılan və ucuz alınan brilyantla bağlı ARAŞDIRMA - VİDEO  |     22:22 Hindistanın ilk şəhər hava taksisi işə başlayacaq  |     22:08 Suriyada terrorçular 16 hərbçini öldürüb  |     22:01 Bakıda bədii gimnastika üzrə Dünya Kubokunun açılış mərasimi keçirilib  |     21:53 Masallının 16 kəndində qaz təchizatı dayandırılacaq  |     21:46 Qazaxıstanda veyp rəsmən qadağan edilib  |     21:38 Premyer Liqa: “Sumqayıt” səfərdə “Turan Tovuz”a qalib gəlib  |     21:27 Bəzi rayonlarda yağış yağacaq, dolu düşəcək - XƏBƏRDARLIQ  |     21:16 Maliyyə Nazirliyi məcburi audit subyektlərinə müraciət edib  |     21:10 Füzulidə qəsdən adam öldürməkdə təqsirləndirilən şəxsin məhkəməsi başlayır  |     21:03 Tbilisidə keçirilən etiraz aksiyaları zamanı beş polis yaralanıb  |     20:58 Blinken: Biz İsrailin təhlükəsizliyinə sadiqik  |     20:45 "Roma" klubu hücumçusu ilə bağlı qərar verib  |     20:37 Sabah 30 dərəcə isti olacaq - PROQNOZ  |     20:29 İranda partlayış baş verib  |     20:17 Haiti Fransadan milyardlarla təzminat tələb edir  |     20:07 Ceyhun Bayramov diplomatik fəaliyyəti başa çatan Əlcəzair səfiri ilə görüşüb  |     18:48 Sankt-Peterburqa güclü qar yağıb  |    

Житель Шамахы, убивший мачеху направлен в психиатрическую больницу

Bakı Ağır Cinayətlər Məhkəməsində Şamaxı şəhər sakini Rəhim Bağırovun CM-nin 120.2.4-cü (xüsusi amansızlıqla qəsdən adam öldürmə) maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Median.Az
xəbər verir ki, ötən il noyabrın 13-də Şamaxı RPŞ-nə gələn yeniyetmə anasının itkin düşməsi barədə məlumat verib. Məlum olub ki, hər səhər orta məktəbə gedən azyaşlı həmin gün anasını evdə tapa bilməyib və buna görə narahat olub. Azadlıq küçəsi, 52-də yerləşən evə yollanan polis əməkdaşlarının diqqətini həyətdəki su quyusunun daş-kəsək, ağac qırıntıları ilə doldurulması çəkib. Oğlan quyunun əvvəllər belə olmadığı bildirib. Dərinliyi 3 metr olan quyu təmizlənərkən, orada qadın meyiti aşkar edilib. Araşdırma zamanı məlum olub ki, o həmin evdə yaşayan Badam Bağırovadır (1960-cı il təv.).

İstintaq-əməliyyat tədbirləri ilə müəyyən edilib ki, cinayəti bir neçə il əvvəl vəfat etmiş ev sahibi Hacı Bağırovun birinci arvadından olan oğlu, ruhi xəstə olan Rəhim Bağırov (1957-ci il təv.) törədib. O ayın 13-nə keçən gecə ailə münaqişəsi zəmnində qadını qətlə yetirib, sonra isə meyitini su quyusuna atıb. İzi itirmək üçün quyuya daş, torpaq və ağac qırıntıları atıb.

Qeyd edək ki, Badam Bağırova Hacı Bağırovun ikinci arvadı olub və nikahlarından bir övladları olub. Mərhumun hər iki arvadı və övladları eyni həyətdə yaşayıb.

Tutulan şəxs əvvəllər məhkum olunub və tezəliklə həbsxanadan çıxıb.

Məhkəmə qərara alıb ki, təqsirləndirilən şəxs anlaqsız vəziyyətdə olduğu üçün barəsində məcburi psixiatrik müayinə tədbirləri tətbiq edilməlidir. Buna görə R.Bağırov 1 saylı Respublika Psixiatriya Xəstəxanasına göndərilib.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            1 681 03.10.18 17:52