Taksi sürücüsünə qarşı quldurluq edən şəxs 9 il cəza alıb » Median.Az - Bütün xəbərlər bir ünvanda
11:45 Saxlanılan tiktokerlər nə edirmişlər? - ARAŞDIRMA  |     11:41 Elektromobillərlə bağlı YENİ QƏRAR: Azərbaycan gələcəyə yatırım edir  |     11:39 Dubayda su altında qalan avtomobillər Azərbaycana gətirilə bilər - İDDİA (VİDEO)  |     11:37 Məşhur qapıçı iki sarı vərəqə alsa da, meydandan qovulmadı  |     11:23 Bakıda sürücülər əlbəyaxa davaya çıxdılar - VİDEO  |     22:53 Aksizi olmayan 1050 qutu siqaret ələ keçirildi  |     22:15 Ağacları kəsən şəxslər təbiətə 13 min manatdan çox ziyan vurub  |     22:09 “SpaceX” daha 23 internet peykini orbitə çıxardı  |     21:02 Ermənistanda 13 yaşlı qız zorlanıb  |     20:57 Daha 2 nəfər dəm qazından zəhərlənərək ÖLDÜ  |     20:50 4-cü sinifi bitirənlər üçün "Son zəng" keçirilir? - Rəsmi AÇIQLAMA  |     20:43 Sabah temperatur 30 dərəcəyədək YÜKSƏLƏCƏK  |     20:36 Mühərrikli velosipedlər üçün gömrük rüsumu müəyyənləşdi  |     20:29 Qırğızıstanda “TikTok” qismən BAĞLANDI  |     20:16 Britaniya İranın vəzifəli şəxslərinə sanksiya tətbiq etdi  |     20:10 Vaqif Mustafazadə ilə bağlı nadir görüntülər - Video  |     19:58 Azərbaycanın Milli Qəhrəmanı infarkt keçirdi  |     19:50 İşğaldan azad olunan ərazilərdə 13 məktəb tikilir  |     19:44 Temperatur 30 dərəcəyə yüksələcək  |     19:35 Bakıda azyaşlıya hədə-qorxu gələn gənclər saxlanıldı  |    

Taksi sürücüsünə qarşı quldurluq edən şəxs 9 il cəza alıb

Bakı Ağır Cinayətlər Məhkəməsində Abşeron rayon sakini Ceyhun Muradovun CM-nin 181-ci (quldurluq) maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Median.Az
xəbər verir ki, bu il martın 11-nə keçən gecə Ceyhun Muradov Abşeron rayonu ərazisində taksi sürücüsü Əlvan Kərimovu bıçaqla hədələyərək, ondan 87 manat pul alıb. Zərərçəkmiş Abşeron RPİ-nə müraciət etdikdən sonra şübhəli şəxs polis əməkdaşları tərəfindən saxlanılıb və istintaqa təqdim edilib.

Məlum olub ki, Muradov müştəri qismində taksi avtomaşınına Xırdalan dairəsində əyləşib və razılaşıblar ki, sürcü onu "20 Yanvar" metrosunun yanına 5 manat müqabilində aparacaq.
Yolda təqsirləndirilən şəxs bıçağı çıxarıb, zərərçəkmişə hədə-qorxu gəlib və onun pullarını əlindən alıb.

Məhkəmənin hökmü ilə C.Muradov 9 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunub.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            2 526 02.10.18 16:23