Yastıqla arvadını öldürən şəxsin işi üzrə mərhumun bacısı ifadə verib » Median.Az - Bütün xəbərlər bir ünvanda
23:56 Bakının mərkəzində Xalq şairinin adını daşıyan bağın oturacaqları acınacaqlı vəziyyətdədir - VİDEO  |     22:54 Şəmkirdə 27 yaşlı kişi bıçaqlanıb  |     22:50 Baha satılan və ucuz alınan brilyantla bağlı ARAŞDIRMA - VİDEO  |     22:22 Hindistanın ilk şəhər hava taksisi işə başlayacaq  |     22:08 Suriyada terrorçular 16 hərbçini öldürüb  |     22:01 Bakıda bədii gimnastika üzrə Dünya Kubokunun açılış mərasimi keçirilib  |     21:53 Masallının 16 kəndində qaz təchizatı dayandırılacaq  |     21:46 Qazaxıstanda veyp rəsmən qadağan edilib  |     21:38 Premyer Liqa: “Sumqayıt” səfərdə “Turan Tovuz”a qalib gəlib  |     21:27 Bəzi rayonlarda yağış yağacaq, dolu düşəcək - XƏBƏRDARLIQ  |     21:16 Maliyyə Nazirliyi məcburi audit subyektlərinə müraciət edib  |     21:10 Füzulidə qəsdən adam öldürməkdə təqsirləndirilən şəxsin məhkəməsi başlayır  |     21:03 Tbilisidə keçirilən etiraz aksiyaları zamanı beş polis yaralanıb  |     20:58 Blinken: Biz İsrailin təhlükəsizliyinə sadiqik  |     20:45 "Roma" klubu hücumçusu ilə bağlı qərar verib  |     20:37 Sabah 30 dərəcə isti olacaq - PROQNOZ  |     20:29 İranda partlayış baş verib  |     20:17 Haiti Fransadan milyardlarla təzminat tələb edir  |     20:07 Ceyhun Bayramov diplomatik fəaliyyəti başa çatan Əlcəzair səfiri ilə görüşüb  |     18:48 Sankt-Peterburqa güclü qar yağıb  |    

Yastıqla arvadını öldürən şəxsin işi üzrə mərhumun bacısı ifadə verib

Bakı Ağır Cinayətlər Məhkəməsində Cəlilabad rayon sakini Elvin Qəhrəmanlının (1993-cü il təv.) CM-nin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə növbəti məhkəmə prosesi keçirilib.

Median.Az
xəbər verir ki, bi il yanvarın 20-i gecə saat 2 radələrində Qaradağ rayonunun Lökbatan qəsəbəsində Cəlilabad rayon sakini Elvin Qəhrəmanlı yaşadığı kirayə mənzildə
ailə münaqişəsi zəminində arvadı Güneli (1997-ci il təv.) yastıqla boğaraq qətlə yetirib. Qaradağ RPİ 10-cu polis bölməsinin əməkdaşları tərəfindən E.Qəhrəmanlı həmin gecə saxlanılaraq, istintaqa təhvil verilib.

İlkin dindirmə zamanı saxlanılan şəxs yoldaşını qısqanclıq zəminində öldürdüyünü bildirib. Məlum olub ki, cütlük yaxın vaxtlarda ailə qurub.

Bu gün keçirilən prosesdə şahid qismində mərhumun bacısı Vüsalə Cavadova ifadə verib. O, ibtidai istintaqa verdiyi ifadəsini təsdiq edib. Şahid bildirib ki, təqsirləndirilən şəxsi görmək istəmir, onun bacısı haqqında söylədikləri yalandır, çünki mərhum günahsız olub.

Növbəti proses ayın 8-nə təyin edilib.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            2 792 01.10.18 17:37