Ögey anasını öldürən şəxs dəlixanaya göndərildi » Median.Az - Bütün xəbərlər bir ünvanda
22:53 Aksizi olmayan 1050 qutu siqaret ələ keçirildi  |     22:15 Ağacları kəsən şəxslər təbiətə 13 min manatdan çox ziyan vurub  |     22:09 “SpaceX” daha 23 internet peykini orbitə çıxardı  |     21:02 Ermənistanda 13 yaşlı qız zorlanıb  |     20:57 Daha 2 nəfər dəm qazından zəhərlənərək ÖLDÜ  |     20:50 4-cü sinifi bitirənlər üçün "Son zəng" keçirilir? - Rəsmi AÇIQLAMA  |     20:43 Sabah temperatur 30 dərəcəyədək YÜKSƏLƏCƏK  |     20:36 Mühərrikli velosipedlər üçün gömrük rüsumu müəyyənləşdi  |     20:29 Qırğızıstanda “TikTok” qismən BAĞLANDI  |     20:16 Britaniya İranın vəzifəli şəxslərinə sanksiya tətbiq etdi  |     20:10 Vaqif Mustafazadə ilə bağlı nadir görüntülər - Video  |     19:58 Azərbaycanın Milli Qəhrəmanı infarkt keçirdi  |     19:50 İşğaldan azad olunan ərazilərdə 13 məktəb tikilir  |     19:44 Temperatur 30 dərəcəyə yüksələcək  |     19:35 Bakıda azyaşlıya hədə-qorxu gələn gənclər saxlanıldı  |     19:23 785-ci gün: Rusiyanın itkiləri yeniləndi  |     19:17 Rusiyada daha 10 qəsəbə su altında qaldı  |     19:08 Rusiya səfiri Almaniya XİN-ə çağırılıb  |     18:56 Ermənistan XİN: “Brüssel görüşündə gizli gündəm olmayıb”  |     18:52 Bakıda narkokuryerdən beş kiloqram narkotik götürülüb - VİDEO  |    

Ögey anasını öldürən şəxs dəlixanaya göndərildi

Bakı Ağır Cinayətlər Məhkəməsində ögey anasının qətlində təqsirləndirilən Rəhim Bağırovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Hakim Azər Paşayevin sədrliyi ilə keçirilən prosesdə qərar elan edilib.

Qərara əsasən, R. Bağırov anlaqsız vəziyyətdə olduğu üçün barəsində məcburi psixiatrik müayinə tədbiri tətbiq edilib və o, Maştağada yerləşən 1 saylı Respublika Psixiatriya Xəstəxanasına göndərilib.

Qeyd edək ki, hadisə ötən il Şamaxı şəhərində qeydə alınıb. Şəhər sakini, 1960-cı il təvəllüdlü Bağırova Badam Abduləli qızının itkin düşməsi barədə polisə məlumat daxil olub.

Axtarış zamanı Badam Bağırovanın meyiti həyətindəki köhnə su quyusundan tapılıb. Araşdırma zamanı məlum olub ki, hadisəni bir neçə il əvvəl dünyasını dəyişən Hacı Bağırovun birinci nikahından olan oğlu, 1958-ci il təvəllüdlü Rəhim Bağırov törədib.

O, atasının ikinci arvadını amansızlıqla qətlə yetirib, onun meyitini yaşadığı evin həyətindəki köhnə su quyusuna atıb.//oxu.azскачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            1 463 01.10.18 13:26