ZİBİLƏ DÜŞƏN İT - İtin başı görün harda qaldı... - VİDEO » Median.Az - Bütün xəbərlər bir ünvanda
20:32 Hesablama Palatası “toxum subsidiya"larının verilməsi ilə bağlı nöqsanları açıqlayıb  |     20:26 Şöbə rəisi dövlətin ayırdığı pulları öz yaxın adamlarının adına olan şirkətlərə köçürüb: CİNAYƏT İŞİ  |     20:25 Ceyhun Bayramov Şavkat Mirziyoyevlə görüşüb  |     19:29 İran səfiri Çexiya XİN-ə çağırıldı  |     19:18 İran səfiri Çexiya XİN-ə çağırıldı  |     18:22 Sabah Sumqayıtın bir hissəsində su olmayacaq  |     17:45 Bulvarda gəzinti gəmiləri niyə işləmir?  |     17:19 Hacı Əliyev səhhəti ilə bağlı problemə aydınlıq gətirdi  |     16:42 İmtahan nəticələri elan olundu  |     16:40 Dövlət müəssisələrinə təhkim edilmiş 120 hektar sahə zəbt edilib  |     16:12 “TikTok”da məşhurlaşan Adəmin atası həbs olundu  |     16:06 Quzu ətinin qiymətinə satılan qulançar - VİDEO  |     15:40 Tərtər-Bakı avtobusunda təhlükəli anlar: Anidən avtobusun sükanı əsməyə başladı - VİDEO  |     15:38 52 yaşlı kişi xəstəliyinə görə intihar edib  |     13:39 Qazaxıstan prezidentindən Ermənistan və Azərbaycana TƏKLİF  |     13:07 Ermənistan və Qazaxıstan arasında bir sıra sahələrdə əməkdaşlıqla bağlı sənədlər imzalanıb - YENİLƏNİB  |     12:37 Nazirlikdən sahibkarlara xəbərdarlıq: “Saxta müfəttişlər cərimə ilə təhdid edərək yoxlama aparıblar”  |     12:35 Bakıda maşın qaçırıldı  |     12:35 Azərbaycanda 49 kiloqram narkotik aşkarlanıb  |     12:32 Xankəndidə avtomat, pulemyot və qumbaralar tapılıb  |    

ZİBİLƏ DÜŞƏN İT - İtin başı görün harda qaldı... - VİDEO

Qaradağ rayonunun buta qəsəbəsində maraqlı bir hadisə olub. Deməli, itin başı boş yağ qutusuna girib. Sakinlərin müdaxiləsindən sonra heyvanın başını qutudan çıxarmaq mümkün olub. Əslində, bu hadisə itin başına ərazidə zibil qutusunun olmaması səbəbindən gəlib. İndi görün buranın sakinləri nə çəkirlər...!?

İtin başı boş yağ qabının içərisində sıxışıb qalıb.

Sakinlər itin həyatını xilas etməyə çalışırlar. Əllərində qayçı dəmir qutunu kəsirlər.

Görüntülər paytaxtın Qaradağ rayonu Buta qəsəbəsində sakinlər tərəfindən qeydə alınıb. Yaxınlıqda yaşayan sakinlər deyirlər ki, ərazidə zibil qabı olmadığından məişət tullantıları yolun kənarına atılır. Nəticədə evlərin yaxınlığına çoxlu sayda sahibsiz itlər yığışır. Elə bu hadisə də itlər zibillliyə yığışan zaman olub.

Sakinlər bildirirlər ki, zibil qabları olmadığından tullantıları yolun kənarına atmaq məcburiyyətində qalırlar.

Sakinlər deyirlər ki, zibilliyə yığışan itlər bir neçə dəfə ərazidən keçən insanları dişləyib.

Məsələ ilə bağlı Qaradağ rayon İcra hakimiyyətinin Buta qəsəbəsi üzrə nümayəndəliyinə müraciət etsək də, iş vaxtı olmasına baxmayaraq, qurumdan heç kimi tapa bilmədik.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            2 463 29.09.18 15:09