ŞAD XƏBƏR: Kartlarda saxlanılan pensiya və maaşların üzərinə faiz gələcək – VİDEO » Median.Az - Bütün xəbərlər bir ünvanda
23:56 Bakının mərkəzində Xalq şairinin adını daşıyan bağın oturacaqları acınacaqlı vəziyyətdədir - VİDEO  |     22:54 Şəmkirdə 27 yaşlı kişi bıçaqlanıb  |     22:50 Baha satılan və ucuz alınan brilyantla bağlı ARAŞDIRMA - VİDEO  |     22:22 Hindistanın ilk şəhər hava taksisi işə başlayacaq  |     22:08 Suriyada terrorçular 16 hərbçini öldürüb  |     22:01 Bakıda bədii gimnastika üzrə Dünya Kubokunun açılış mərasimi keçirilib  |     21:53 Masallının 16 kəndində qaz təchizatı dayandırılacaq  |     21:46 Qazaxıstanda veyp rəsmən qadağan edilib  |     21:38 Premyer Liqa: “Sumqayıt” səfərdə “Turan Tovuz”a qalib gəlib  |     21:27 Bəzi rayonlarda yağış yağacaq, dolu düşəcək - XƏBƏRDARLIQ  |     21:16 Maliyyə Nazirliyi məcburi audit subyektlərinə müraciət edib  |     21:10 Füzulidə qəsdən adam öldürməkdə təqsirləndirilən şəxsin məhkəməsi başlayır  |     21:03 Tbilisidə keçirilən etiraz aksiyaları zamanı beş polis yaralanıb  |     20:58 Blinken: Biz İsrailin təhlükəsizliyinə sadiqik  |     20:45 "Roma" klubu hücumçusu ilə bağlı qərar verib  |     20:37 Sabah 30 dərəcə isti olacaq - PROQNOZ  |     20:29 İranda partlayış baş verib  |     20:17 Haiti Fransadan milyardlarla təzminat tələb edir  |     20:07 Ceyhun Bayramov diplomatik fəaliyyəti başa çatan Əlcəzair səfiri ilə görüşüb  |     18:48 Sankt-Peterburqa güclü qar yağıb  |    

ŞAD XƏBƏR: Kartlarda saxlanılan pensiya və maaşların üzərinə faiz gələcək – VİDEO

Vətəndaşlar pensiya və maaşları plastik kartlarda saxlasa, üzərinə əlavə faiz gələcək.

Median.Az
xəbər verir ki, bu yenilik ötən gün təsdiqlənən "2018-2020-ci illərdə azərbaycanda rəqəmsal ödənişlərin genişləndirilməsi üzrə dövlət proqramında öz əksini tapıb. Proqramda birləşdirilmiş kartların hazırlanması və vahid bankomatların qurulması da nəzərdə tutulub.
Kartlarda saxlanılan pensiya və maaşların üzərinə faiz gələcək. Xəzər TV bununla bağlı sujet hazırlayıb.

Bu, ötən gün ölkə başçısı tərəfindən təsdiqlənən "2018-2020-ci illərdə Azərbaycan Respublikasında rəqəmsal ödənişlərin genişləndirilməsi üzrə Dövlət Proqramı"nın tətbiqi sayəsində mümkün olacaq.

Proqramın məqsədi vətəndaş, biznes subyektləri və dövlət strukturları arasında nağdsız ödəniş mühitini xeyli genişləndirmək, nağd dövriyyənin həcmini minimuma endirmək və nəticədə bank sektorunun maliyyə resursları bazasını gücləndirməkdir.

"Azexport.az" portalının rəhbəri Zaur Qardaşov deyir ki, əsas məqsədlərdən biri nağdsız ödənişləri təşviq etmək olduğu üçün bank və vergi sistemində islahatlar aparılacaq.

Rəqəmsal ödənişlərin tətbiqinin və istifadəsinin genişləndirilməsi iqtisadi dövriyyələri şəffaflaşdırmaqla, nağd pulla bağlı xərclərin, bank və müəssisələrin əməliyyat xərclərinin azalmasına gətirib çıxaracaq ki, bu da iqtisadi artıma təkan verəcək. Proqramın tətbiqi istehlakçılar üçün də xeyli səmərə verəcək.

İstehlakçıların rahatlığını və səmərəli ödəniş sistemini təmin etmək üçün birləşdirilmiş kartların hazırlanması və vahid bankomatların qurulması da nəzərdə tutulub.

Proqramda turizmin inkişafı məqsədi ilə əcnəbi turistlər üçün yeni kartların istifadəyə verilməsi də öz əksini tapıb. Bu kartlar vasitəsilə əcnəbilər üçün vergisiz alış-veriş və digər güzəştlər nəzərdə tutulub.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            3 590 28.09.18 14:36