Ermənistanda tutulan çoban: Mənimlə azərbaycanca danışırdılar » Median.Az - Bütün xəbərlər bir ünvanda
22:53 Aksizi olmayan 1050 qutu siqaret ələ keçirildi  |     22:15 Ağacları kəsən şəxslər təbiətə 13 min manatdan çox ziyan vurub  |     22:09 “SpaceX” daha 23 internet peykini orbitə çıxardı  |     21:02 Ermənistanda 13 yaşlı qız zorlanıb  |     20:57 Daha 2 nəfər dəm qazından zəhərlənərək ÖLDÜ  |     20:50 4-cü sinifi bitirənlər üçün "Son zəng" keçirilir? - Rəsmi AÇIQLAMA  |     20:43 Sabah temperatur 30 dərəcəyədək YÜKSƏLƏCƏK  |     20:36 Mühərrikli velosipedlər üçün gömrük rüsumu müəyyənləşdi  |     20:29 Qırğızıstanda “TikTok” qismən BAĞLANDI  |     20:16 Britaniya İranın vəzifəli şəxslərinə sanksiya tətbiq etdi  |     20:10 Vaqif Mustafazadə ilə bağlı nadir görüntülər - Video  |     19:58 Azərbaycanın Milli Qəhrəmanı infarkt keçirdi  |     19:50 İşğaldan azad olunan ərazilərdə 13 məktəb tikilir  |     19:44 Temperatur 30 dərəcəyə yüksələcək  |     19:35 Bakıda azyaşlıya hədə-qorxu gələn gənclər saxlanıldı  |     19:23 785-ci gün: Rusiyanın itkiləri yeniləndi  |     19:17 Rusiyada daha 10 qəsəbə su altında qaldı  |     19:08 Rusiya səfiri Almaniya XİN-ə çağırılıb  |     18:56 Ermənistan XİN: “Brüssel görüşündə gizli gündəm olmayıb”  |     18:52 Bakıda narkokuryerdən beş kiloqram narkotik götürülüb - VİDEO  |    

Ermənistanda tutulan çoban: Mənimlə azərbaycanca danışırdılar

Bu ilin iyulun 24-də səhvən Ermənistan ərazisinə keçən və orada həbs edilən, dünən azad olunan 16 yaşlı Türkiyə vətəndaşı Ümid Əli Özmən ölkəsinə dönüb.

Median.Az
Türkiyə mətbuatına istinadən xəbər verir ki, o, həbsdə saxlanıldığı müddət barədə jurnalistlərə açıqlama verib.

Ümidin dediyinə görə, onu azərbaycanlı zənn etdikləri üçün tutublar.

“Məcbur etdilər ki, telefonu açım. Açdım, baxdılar. Düzənlik ərazidən Ermənistanı çəkdiyimi bildilər. “Burada nə işin var?” soruşdular, “Yolumu itirmişəm” dedim. Gözlərimi bağlayıb məni polis şöbəsinə apardılar.

Orada bir otağa atdılar. Üç əsgər və bir mülki şəxs gəldi. Sonuncu mənimlə azərbaycanca danışdı. Sorğu-sual etdilər, həqiqəti dedim. “Ermənistanı görmək istəyirdim” dedim”.

Gənc çoban deyib ki, bundan sonra onu Beynəlxalq Mühafizəçilərə təhvil veriblər:

“Məni Yerevana Milli Təhlükəsizlik Servisinə apardılar. Tərcüməçi vardı. Kim olduğumu bilmirdilər. Terrorçu ola biləcəyimdən qorxurdular.

“Sən terrorçusan. Sizin yaşadığınız bölgədə çox azərbaycanlı var. Sən Azərbaycan agenti ola bilərsən”, - dedilər. Məhkəmə təşkil edildi. Mənə iki ay həbs verdilər. İkinci gün vəkilim gəldi, etiraz etdi.

Qırmız Xaçın uşaqların qala biləcəyi bir yerə yerləşdirildim. Sentyabrın 19-da buraxılmağıma qərar verdilər”.

O, həbsxanada qaldığı müddətdə Azərbaycan dilini bilən bir keşikçi olduğunu, onunla danışaraq, anlaşdığını dilə gətirib.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            3 456 27.09.18 17:17