Suraxanıda borca görə dostunu öldürən şəxsin cəzası qüvvəsində qalıb » Median.Az - Bütün xəbərlər bir ünvanda
16:12 Moskva yaxınlığında azərbaycanlı iş adamı güllələndi: Qətl sifarişini qadın verib? - VİDEO  |     16:08 Bakıda daha bir müntəzəm marşrut xətti “BakuBus”a verilib  |     14:57 Bakıda minlərlə qutu aksiz markasız siqaretlər aşkar ediblər  |     14:45 Moskva yaxınlığında azərbaycanlı iş adamı qətlə yetirilib  |     14:42 İşıqfora təpik atan yeniyetmə valideynləri ilə birlikdə polisə dəvət olunub - VİDEO  |     14:30 Müştərilər 86 milyon manat depoziti geri çəkdi - “Accessbank”da nə baş verir?  |     14:23 Ermənistan baş naziri: “Rus sərhədçiləri Tavuşdakı postları tərk edəcəklər”  |     14:22 Beynəlxalq axtarışda olan şəxs xüsusi konvoyun müşayiəti ilə Azərbaycana gətirildi  |     14:22 Ukrayna parlamentinin nümayəndə heyəti Azərbaycana gəlir  |     14:21 Zakir Həsənov Qarabağdan çıxan Rusiya sülhməramlıları ilə bağlı göstəriş verdi - VİDEO  |     14:17 Nazirliyin üç strukturu dövlət orqanlarının aparatı siyahısından çıxarıldı  |     14:17 Baş Prokurorluğun 42 yaşlı yüksəkvəzifəli əməkdaşı qəfil vəfat etdi  |     14:15 Azərbaycan nefti bahalaşdı  |     14:14 Bakıda 22 yaşlı qız qətlə yetirildi, cinayət işi açıldı - YENİLƏNİB  |     14:12 Xankəndidə tapança, avtomat və qumbaralar tapılıb  |     14:10 Quterreşdən Azərbaycan və Ermənistana çağırış  |     14:09 Hacıqabulda narkokuryerlik edən iki nəfər saxlanılıb  |     14:08 Alimlərdən həyəcan təbili: Çinin böyük şəhərlərinin təxminən yarısı suyun altında qala bilər  |     14:08 Bakı sakinini xəbəri olmadan vəzifəyə təyin etdilər, maaş yazdılar - VİDEO  |     14:06 Əlavə qatqılar, allergik təsirlər: Marketlərdəki məhsulların Azərbaycan dilində məlumat PROBLEMİ - VİDEO  |    

Suraxanıda borca görə dostunu öldürən şəxsin cəzası qüvvəsində qalıb

Bakı Apellyasiya Məhkəməsində Bakı şəhər sakini Sənan Əzimovun (1987-ci il təv.) CM-nin 120.1-ci (qəsdən adam öldürmə) və 228.4-cü (qanunsuz olaraq soyuq silahı əldə etmə, satma və gəzdirmə) maddələri ilə məhkum olunmasına dair cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Median.Az
xəbər verir ki, bu il fevarıln 20-də Suraxanı rayonun Əmircan qəsəbəsində, dəmir yolu platformasında Bülbülə qəsəbə sakini Sənan Əzimov tanışı Rüfət Paleşniyə (1987-ci il təv.) bıçaqla xəsarətlər yetirərək, onu qəsdən öldürüb. Hadisədən sonra Əzimov könüllü Suraxanı RPİ 31-ci polis bölməsinə gələrək, təslim olub.

İstintaq zamanı məlum olub ki, işsiz olan dostlar birgə iş qurmaq qərarına gəliblər, fikirləri telefon mağazası açmaq olub. Buna görə hər ikisi müəyyən qədər pul tapıb. Ayın 20-də isə aralarında pulun sərf edilməsi və işə başlamaqla bağlı mübahisə yaranıb. Mübahisə zamanı Rüfət Sənanın ünvanına söyüşlər işlədib. Əsəblərini cilovlaya bilməyən Əzimov isə bıçaqla dostuna 2 zərbə endirərək, onu öldürüb. Suraxanı rayon prokurorluğu S.Əzimovun əməlini CM-nin 120.2.5-ci (tamah məqsədi ilə qəsdən adam öldürmə) maddəsi ilə qiymətləndirib.

Məhkəmə prosesində Sənan Əzimov ittiham üzrə özünü qismən təqsirli hesab edib. Təqsirləndirilən şəxs əməlindən peşman olduğunu bildirib, mərhuma qaldığı pul borcunu doğmalarına qaytaracağını söz verib. Çıxış edən dövlət ittihamçısı S.Əzimova 17 il cəza təyin edilməsini xahiş edib.

Bakı Ağır Cinayətlər Məhkəməsi təqsirləndirilən şəxsin əməlini CM-nin 120.2.5-ci maddəsindən 120.1-ci (qəsdən adam öldürmə) maddəsinə tövsif edib. Məhkəmənin hökmü ilə o, 10 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunub.

Hökmdən zərərçəkmişin hüququ varisi Vasiliy Paleşniy və məhkumun müdafiəçisi apellyasiya şikayətləri veriblər.

Bakı Apellyasiya Məhkəməsi işin hallarını araşdıraraq, şikayətləri təmin etməyib. Qərara əsasən, hökm dəyişdirilmədən saxlanılıb.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            1 210 26.09.18 12:04