Azərbaycanda mərmi atan snayper silahı istehsal olunub – FOTO » Median.Az News Agency

Azərbaycanda mərmi atan snayper silahı istehsal olunub – FOTO
Azərbaycanda yeni unikal silah istehsal olunub.

Median.Az
"report"a istinadən xəbər verir ki, Müdafiə Sənayesi Nazirliyinin zavodlarından birində hazırlanan yeni snayper silahı mərmi atır.

Əllə idarə olunan və 23x115 mm ölçülü snayperin çəkisi 34 kiloqramdı. Silahın atdığı mərmi 6 kilometr uzağa gedir. Silah 2 kilometri dəqiq vura bilir.

Silah ilk dəfə III “ADEX-2018” Azərbaycan Beynəlxalq müdafiə sərgisində nümayiş etdirilib.

Yaxın vaxtlarda silah sınaqdan keçiriləndən sonra Azərbaycan Silahlı Qüvvələrində silahlanmaya daxil ediləcək.скачать dle 11.3





Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri




281 25.09.18 17:23