Eldar Nigarla hovuzda yayılan videosundan danışdı: “Kimə nə dəxli var?!” - VİDEO » Median.Az News Agency

Eldar Nigarla hovuzda yayılan videosundan danışdı: “Kimə nə dəxli var?!” - VİDEO
"Avroviziya-2011” beynəlxalq musiqi yarışmasının qalibləri Eldar Qasımov və Nigar Camalın Yunanıstandan paylaşdıqları video sosial şəbəkələrdə ciddi müzakirə mövzusuna çevrilib.

Sosial şəbəkə istifadəçiləri iki uşaq anası Nigarın Eldarla yayılan videosunu kəskin tənqid atəşinə tutublar və onların sevgili olması haqda iddia səsləndiriblər.

Eldar Qasımov paylaşdığı video və istifadəçilərin buna reaksiyası haqda azxeber.com-a açıqlama verib.

Müğənni bu məsələnin heç kimə aidiyyatı olmadığını söyləyib: "Mən kiməsə görə hərəkət edib, kiməsə görə yaşamıram. Düşünürəm ki, mənim bu yanaşmama kifayət qədər dəstək verən insanlar var. Biz pul deyilik ki, fikirləşək kimin xoşuna gələcəm, kimin yox. Mənim də çox şeydən xoşum gəlmir. Azərbaycan mediasında bəyənmədiyim çox şeylər var. "Feysbuk” və "İnstagram” paylaşımlarının çoxundan xoşum gəlmir.

Eldar deyib ki, sosial şəbəkədə yazılan şərhləri oxumur: "Sosial şəbəkələrə yalnız paylaşımlar üçün daxil oluram. Mənim kompleksim yoxdur. Paylaşımlar zamanı heç geyimlərə də baxmıram. Sadəcə paylaşım edirəm və çıxıram. Belə şeylər vecimə də deyil. Kim istəyir baxsın, kim istəyir baxmasın”.

Nigarla sevgili olmasına dair yayılan iddialara münasibət bildirən Eldar bu məsələyə hər hansı şərh vermək niyyətində olmadığını bildirdi: "Bunun kimə nə dəxli var?! Hər kəs öz işi ilə məşğul olsa, daha yaxşı olar. Mənim şəxsi həyatımın heç kimə aidiyyatı yoxdur. Mənə sənətimə görə qiymət verin, şəxsi həyatıma görə yox”.скачать dle 11.3





Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri




878 25.09.18 16:11