Yanacaq doldurma məntəqəsinə basqın edən şəxslər 18 il cəza alıblar » Median.Az News Agency

Yanacaq doldurma məntəqəsinə basqın edən şəxslər 18 il cəza alıblar
Bakı Ağır Cinayətlər Məhkəməsində Biləsuvar rayon sakini Sərxan Mailli və Kürdəmir rayon sakini Niyaməddin Mustafayevin CM-nin 181.2.1-ci (quldurluq, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddəsi ilə təqsirləndirilmələrinə dair cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Median.Az
xəbər verir ki, ötən il dekabrın 17-də Xətai rayonu, Nobel prospektində yerləşən yanacaqdoldurma məntəqələrindən birinin istirahət otağına daxil olan naməlum şəxslər orada işləyən Mehman Cabbarovu bıçaqla hədələyərək pul tələb ediblər. Zərərçəkmiş üzərində olan 552 manat pulu onlara verdikdən sonra, naməlum şəxslər hadisə yerindən uzaqlaşıblar.

Xətai RPİ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində quldurluq əməlini törətməkdə şübhəli bilinən, əvvəllər məhkum olunmuş Sərxan Mailli və Niyaməddin Mustafayev tutulublar.

Məhkəmə hökmü ilə təqsirləndirilənlər şəxslərin hər biri 9 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunub.

Xatırladaq ki, təqsirləndirilən şəxslər ittiham üzrə özlərini təqsirli biliblər, zərərçəkmiş Mehman Cabbarovun sözlərinə görə, üzü maskalı iki nəfər otağa daxil olub, bıçaqla ona hədə-qorxu gəliblər. O, dəymiş ziyanın ödənildiyini, onlar barəsində şikayəti və tələbi olmadığını bildirib.скачать dle 11.3


Нажмите на эту ссылку, чтобы прочитать новость на русском языке.


Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri




416 25.09.18 15:18