Bakı meriyasında köklü dəyişikliklər » Median.Az - Bütün xəbərlər bir ünvanda
23:56 Bakının mərkəzində Xalq şairinin adını daşıyan bağın oturacaqları acınacaqlı vəziyyətdədir - VİDEO  |     22:54 Şəmkirdə 27 yaşlı kişi bıçaqlanıb  |     22:50 Baha satılan və ucuz alınan brilyantla bağlı ARAŞDIRMA - VİDEO  |     22:22 Hindistanın ilk şəhər hava taksisi işə başlayacaq  |     22:08 Suriyada terrorçular 16 hərbçini öldürüb  |     22:01 Bakıda bədii gimnastika üzrə Dünya Kubokunun açılış mərasimi keçirilib  |     21:53 Masallının 16 kəndində qaz təchizatı dayandırılacaq  |     21:46 Qazaxıstanda veyp rəsmən qadağan edilib  |     21:38 Premyer Liqa: “Sumqayıt” səfərdə “Turan Tovuz”a qalib gəlib  |     21:27 Bəzi rayonlarda yağış yağacaq, dolu düşəcək - XƏBƏRDARLIQ  |     21:16 Maliyyə Nazirliyi məcburi audit subyektlərinə müraciət edib  |     21:10 Füzulidə qəsdən adam öldürməkdə təqsirləndirilən şəxsin məhkəməsi başlayır  |     21:03 Tbilisidə keçirilən etiraz aksiyaları zamanı beş polis yaralanıb  |     20:58 Blinken: Biz İsrailin təhlükəsizliyinə sadiqik  |     20:45 "Roma" klubu hücumçusu ilə bağlı qərar verib  |     20:37 Sabah 30 dərəcə isti olacaq - PROQNOZ  |     20:29 İranda partlayış baş verib  |     20:17 Haiti Fransadan milyardlarla təzminat tələb edir  |     20:07 Ceyhun Bayramov diplomatik fəaliyyəti başa çatan Əlcəzair səfiri ilə görüşüb  |     18:48 Sankt-Peterburqa güclü qar yağıb  |    

Bakı meriyasında köklü dəyişikliklər

Bakı şəhər İcra Hakimiyyətində kadr dəyişiklikləri baş verib.

BŞİH-nin başçısının müavini Eldar Əzizovun əmrinə əsasən, qurumun Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsinin müdiri Namiq Məmmədov vəzifəsindən azad edilib və onun yerinə Ayaz İmaməliyev təyin olunub.

Ərazi idarəetmə və yerli özünüidaretmə orqanları ilə iş şöbəsinin müdiri Vahid İsmayılov da vəzifəsindən azad olunub. Onun vəzifəsinə Coşqun Cəbrayılov təyinat alıb.

Namiq Məmmədov və Vahid İsmayılov İH-nin strukturunda işlə təmin olunublar.

Bundan başqa BŞİH-nin Aparat rəhbəri Rаsim Quliyеv səhhəti ilə əlaqədar öz ərizəsi ilə vəzifəsindən azad olunub. Onun yerinə Elgün Həbibullayev təyin olunub.

Aparat rəhbəri olmuş Rasim Quliyev BŞİH-nin İcra Hakimiyyətinin Xarici Əlaqələr və İnvestisiya Proqramları Departamentinin rəhbəri təyin olunub.

Bakı şəhər İcra Hakimiyyətinin mətbuat xidmətindən faktı Oxu.Az-a təsdiq ediblər.

Əldə etdiyimiz məlumata görə, BŞİH-də işçilərin orta yaş həddi 60-dan yuxarıdır. Kadr dəyişiklikləri də İH-də yenilənmə və gəncləşmə siyasəti ilə bağlıdır.//oxu.azскачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            1 978 24.09.18 12:20