Azərbaycanda xüsusi təyinatlıları belə hazırlayırlar - İLK DƏFƏ (VIDEO) » Median.Az - Bütün xəbərlər bir ünvanda
22:01 Bakıda bədii gimnastika üzrə Dünya Kubokunun açılış mərasimi keçirilib  |     21:53 Masallının 16 kəndində qaz təchizatı dayandırılacaq  |     21:46 Qazaxıstanda veyp rəsmən qadağan edilib  |     21:38 Premyer Liqa: “Sumqayıt” səfərdə “Turan Tovuz”a qalib gəlib  |     21:27 Bəzi rayonlarda yağış yağacaq, dolu düşəcək - XƏBƏRDARLIQ  |     21:16 Maliyyə Nazirliyi məcburi audit subyektlərinə müraciət edib  |     21:10 Füzulidə qəsdən adam öldürməkdə təqsirləndirilən şəxsin məhkəməsi başlayır  |     21:03 Tbilisidə keçirilən etiraz aksiyaları zamanı beş polis yaralanıb  |     20:58 Blinken: Biz İsrailin təhlükəsizliyinə sadiqik  |     20:45 "Roma" klubu hücumçusu ilə bağlı qərar verib  |     20:37 Sabah 30 dərəcə isti olacaq - PROQNOZ  |     20:29 İranda partlayış baş verib  |     20:17 Haiti Fransadan milyardlarla təzminat tələb edir  |     20:07 Ceyhun Bayramov diplomatik fəaliyyəti başa çatan Əlcəzair səfiri ilə görüşüb  |     18:48 Sankt-Peterburqa güclü qar yağıb  |     18:42 ABŞ İsrailə bir milyard dollardan çox dəyərdə silah verə bilər  |     18:32 Xüsusi təyinatlı təhsil müəssisələrinə qəbul davam edir - VİDEO  |     18:28 Azərbaycanda cinayət yolu ilə vurulmuş 77 milyon manatlıq maddi ziyanın 80 faizi istintaq prosesində ödənilib  |     18:10 Bu ilin I rübündə törədilən cinayətlərin 85 faizi açılıb  |     17:48 İlham Əliyevin diplomatiyasının növbəti zəfəri: İşğal altında olan dörd kənd qaytarıldı  |    

Azərbaycanda xüsusi təyinatlıları belə hazırlayırlar - İLK DƏFƏ (VIDEO)

“İctimai” Televiziyada “Radius” hərbi-analitik proqramının ilk buraxılışı efirə gedib.

Proqramda xüsusi reportaj hazırlanıb və bu, Hərbi Dəniz Qüvvələrinin xüsusi təyinatlı hazırlıq mərkəzinə həsr edilib.

Hərbi idarəçilikdə qarşıya qoyulan məqsədlərə çatmaq xüsusi mürəkkəbliyi ilə fərqlənən döyüş şəraitini nəzərdə tutur. Buraya düşmənin ön və arxa cəbhəsində ildırımsürətli kəşfiyyat-diversiya və axtarış-xilasetmə əməliyyatları, eyni zamanda, antiterror xarakterli əməliyyatlar aid edilir.

Bu qəbildən olan xüsusi xarakterli döyüş öz mürəkkəbliyi ilə xüsusi bacarıq və təchizat tələb edir.

Qeyd olunan zərurət İkinci Dünya Müharibəsindən sonrakı iri və nisbətən daha kiçikmiqyaslı münaqişələrdə hərb sənəti təkamülünün ayrılmaz hissəsi kimi özünü qabarıq şəkildə büruzə verib.

1960-cı illərdən etibarən həm NATO ölkələrində, həm Sovet İttifaqında müxtəlif xüsusi təyinatlı dəstələrin, o cümlədən sualtı hücum və müdafiə dəstələrinin sürətli inkişafı və təkmilləşdirilməsi dövrü başlanır.

Sualtı hücum və müdafiə dəstələrinin hazırlıq proqramları müxtəlif ölkələrdə öz xüsusiliyi ilə seçilsə də, əsasən, oxşardır. Kursantın fiziki, zehni və mənəvi cəhətdən həyatda qalması, kəşfiyyat və döyüş bacarıqlarını maksimuma çatdıraraq, onu hər əmrə tabe olan mükəmməl bir “ölüm maşını”na çevirmək məqsədi güdür.

Məhz bu səbəbdən digər ölkələrdəki kimi, Azərbaycanda da zabit və gizirlərdən təşkil olunan sualtı hücum və müdafiə dəstələri Silahlı Qüvvələrin “elitasının elitası” sayılır.

Gələcək kursantlar yalnız müddətdən artıq hərbi xidmət keçmiş gənclər arasında seçilir. Təlim prosesi təxminən əlli həftədir. Bu proses gələcək kursantların süzgəcdən keçirilməsi məqsədini güdən ilkin hazırlıqdan başlayır. Bu hazırlıqların təməlində isə “cəhənnəm həftəsi” adlanan və həddindən artıq çətin bir sınaq durur.

“Cəhənnəm həftəsi” fiziki hazırlıq cəhətdən xüsusi çətinliyi ilə fərqlənir, gələcək kursantların sinir sistemini və mənəvi durumunu sınağa çəkir. Məhz bu səbəbdən ilkin hazırlıq prosesində gələcək kursantların sayı əlli nəfərə yaxın olsa da, “cəhənnəm həftəsi”ndən sonra əsas təlim kursuna yalnız yeddi-səkkiz nəfər qalır.

Təlim prosesində tətbiq olunan fiziki hazırlıq proqramı qısa müddət ərzində kursantların fiziki güc və dözümlülük imkanlarının maksimal həddə çatdırılmasını təmin edir.

Məşğələlərin strukturu elə qurulub ki, gələcəyin xüsusi təyinatlısı qələbənin kollektivin gücü olduğunu adi şüur səviyyəsində qavrayır.

Fiziki hazırlıqdan başqa, kursantların stressə dözümlülüyünə xüsusi diqqət yetirilir. Stressə dözümlülük gündəlik həyatda yuxu, yemək, istirahət, ünsiyyət, müstəqillikdən məhrumiyyət vasitəsilə inkişaf etdirilir.

Sualtı hücum və müdafiə dəstəsinin gələcək döyüşçüləri suda ekstremal şəraitdə həyatda qalmaq və döyüş aparmaq bacarıqlarını mənimsəyirlər.

Qeyd olunduğu kimi, sualtı hücum və müdafiə dəstələri düşmənin ön və arxa cəbhəsində ildırımsürətli kəşfiyyat-diversiya, axtarış-xilasetmə əməliyyatları və antiterror xarakterli əməliyyatlarda ixtisaslaşırlar. Belə əməliyyatlar yalnız suda deyil, quruda, dağlarda, meşələrdə, səhrada, şəhər və qəsəbə şəraitində də aparıla bilər.

Sualtı hücum və müdafiə dəstələrinin döyüşçülərindən hava desantı kimi də istifadə olunmasının mümkünlüyünü təmin etmək məqsədilə təlim prosesində paraşütlə tullanma bacarıqlarına xüsusi diqqət yetirilir.

Həmin süjeti sizə təqdim edirik:скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            2 924 21.09.18 12:06