Maştağada 60 yaşlı arvadını öldürən kişinin məhkəməsi keçiriləcək » Median.Az - Bütün xəbərlər bir ünvanda
18:33 Bakıda işçi mühafizə etdiyi idman zalınının kassasını talayıb - VİDEO  |     17:32 Xankəndi şəhərindəki tibb müəssisəsində ilk körpə dünyaya gəlib - FOTO  |     17:12 Neftdən büdcəyə daxilolmalar proqnozdan 217 mln. manat çoxdur  |     17:03 Qubadlıda sərhədçilər üçün yaşayış binası istifadəyə verilib - VİDEO  |     16:46 Azərbaycanın xarici dövlət borcu açıqlandı  |     16:42 Azərbaycanda vəzifəli şəxs 3500 manat cərimələndi  |     16:40 Azərbaycanda kişi arvadını qətlə yetirməsini lentə aldı - DETALLAR  |     16:31 İsrail Livanda "Hizbullah"ın iki komandirini öldürüb  |     16:28 Prezident: “COP29 üç Cənubi Qafqaz ölkəsi arasında gələcək əməkdaşlıq üçün yol açacaq”  |     16:28 Azərbaycanda 51 kiloqram narkotik aşkarlanıb, həbs olunanlar var - FOTO/VİDEO  |     14:23 Ukraynanın yeni səfiri Azərbaycana gəlib  |     14:15 Bakıda əmisini ov tüfəngi ilə öldürməkdə təqsirləndirilən şəxsə hökm oxunub  |     13:49 Viktor Orban Ukraynada münaqişənin bitəcəyi vaxtı proqnozlaşdırıb  |     13:37 Azərbaycanda elektron siqaretlər qadağan olunsun - Deputatdan TƏKLİF  |     13:24 Yoldan keçən avtomobillərə “silah” tuşladı, polis hərəkətə keçdi - VİDEO  |     13:22 Bakıda kafedən minlərlə manat oğurlanıb  |     13:21 Bu günə toyu təyin edilmişdi, özünü asdı: Qəbələdəki faciənin TƏFƏRRÜATI - YENİLƏNİB  |     13:18 Bakıda məktəblilərə siqaret satanlar cərimələniblər - FOTO/VİDEO  |     13:15 Milli Məclis Azərbaycanla Albaniya arasında viza tələbinin ləğvinə razılıq verib  |     13:14 Ermənistan KİV: Bağanis istiqamətində müdafiə mövqeyi Azərbaycana təhvil veriləcək  |    

Maştağada 60 yaşlı arvadını öldürən kişinin məhkəməsi keçiriləcək

Bakı Ağır Cinayətlər Məhkəməsində Bakı şəhər sakini Zamin Rəsulovun CM-nin 120.2.4-cü (xüsusi amansızlıqla qəsdən adam öldürmə) maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə məhkəmə prosesi keçiriləcək.

Median.Az
xəbər verir ki, bu il martın 29-da Maştağa qəsəbəsində yaşayan 62 yaşlı Zamin Rəsulov ailə münaqişəsi zəminində arvadı, 60 yaşlı Natəvanı bıçaqla qətlə yetirib. Həmin gün Sabunçu RPİ 14-cü polis bölməsinin əməkdaşları tərəfindən Z.Rəsulov saxlanılıb.

Məlumata görə, yaşlı kişi həyat yoldaşına mətbəx bıçağı ilə 13 zərbə endirib.

Belə ki, əvvəllər bir neçə dəfə infarkt keçirmiş Zamin Rəsulov bir müddət əvvəl iflic olub və xəstəxanaya yerləşdirilib. Müalicə prosesindən sonra qızı və həyat yoldaşı onu xəstəxanadan çıxararaq evə gətirib. Evə gəldikdən sonra aralarında mübahisə yaranıb, buna görə Rəsulov əsəbi halda iri mətbəx bıçağını götürərək, qadına hücum edib və onu öldürüb. Qızı atasının törətdiyi əmələ mane ola bilməyib, təcili yardım çağırsa da, artıq gec olub.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            2 880 21.09.18 11:53