Bakıda "Atlas" klinikasının qarşısında keçmiş arvadını öldürən şəxs 17 il cəza alıb » Median.Az News Agency

Bakıda "Atlas" klinikasının qarşısında keçmiş arvadını öldürən şəxs 17 il cəza alıb
Bakı Ağır Cinayətlər Məhkəməsində Gəncə şəhər sakini Rəşad İbrahimzadənin CM-nin 120.2.4-cü (xüsusi amansızlıqla qəsdən adam öldürmə) maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Median.Az
xəbər verir ki, bu il mayın 1-də səhər saat 10 radələrində Xətai prospektində, "Atlas" klinikasının qarşısında Rəşad İbrahimzadə qısqanclıq zəminində keçmiş arvadı, Zəhra İbrahimovaya (1988-сi il təv.) və onunla birgə olan tanışı, Bakı şəhər sakini Emil Əliyevə (1982-ci il təv.) bıçaqla çoxsaylı xəsarətlər yetirərək, hadisə yerindən qaçlb. Nəticədə Z.İbrahimova kəskin qanitirmədən hadisə yerində keçinib, E.Əliyev isə Kliniki Tibbi Mərkəzə çatdırılaraq, həyatı xilas edilib. Hadisə yerinə Nərimanov RPİ, 18-ci polis bölməsi və rayon prokurorluğunun əməkdaşları cəlb olunub, meyitə və hadisə yerinə baxış keçirilib.

Səhərisi gün R.İbrahimzadə Gəncə şəhər Baş Polis İdarəsinə könüllü gələrək, təslim olub. Bundan sonra o, Nərimanov RPİ-nin əməkdaşlarına təhvil verilib.

Məhkəmənin hökmü ilə təqsirləndirilən şəxs 17 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunub.
скачать dle 11.3


Нажмите на эту ссылку, чтобы прочитать новость на русском языке.


Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri




903 20.09.18 18:17