Aşura günü Bakı səmasında hər kəsi təəccübləndirən görüntü - VİDEO » Median.Az News Agency

Aşura günü Bakı səmasında hər kəsi təəccübləndirən görüntü - VİDEO
Bakıda məscidlərdən birinin qarşısında toplaşan insanlar maraqlı mənzərə ilə qarşılaşıblar.

Oxucu Baku.ws-ə göndərdiyi videoda, səmada ərəb dilində Allah yazısına bənzər görüntünün peyda olduğunu qeyd edib.

Qeyd edək ki, bu gün Azərbaycanda Hicri Qəmər təqvimi ilə Məhərrəm ayının 10-una təsadüf edən Aşura günü qeyd edilir. Aşura günü hicri 61-ci ildən etibarən yaddaşlara tarixi ədalətsizlik və hüzn günü kimi daxil olub. Aşura hadisəsində Əməvi xəlifəsi Yezidin göstərişi ilə Həzrət Peyğəmbərin (s) əziz nəvəsi İmam Hüseyn (ə), o cümlədən Rəsulullahın (s) səhabələri, Əhli-Beyt və tərəfdarları Kərbəla çölündə şəhid edilib, ailələri əsir alınıb.

Sözügedən görüntünü təqdim edirik:скачать dle 11.3


Нажмите на эту ссылку, чтобы прочитать новость на русском языке.


Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri




19 401 20.09.18 17:27