Binəqədi rayonunda arvadını öldürən şəxsin məhkəməsi başlayıb » Median.Az News Agency

Binəqədi rayonunda arvadını öldürən şəxsin məhkəməsi başlayıb
Bakı Ağır Cinayətlər Məhkəməsində Mahir Alıyevin CM-nin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə hazırlıq iclası keçirilib.

Median.Az
xəbər verir ki, bu ilin mart ayında Binəqədi rayonunda yaşayan Mahır Alıyev qısqanclıq zəmnində həyat yoldaşı Mehriban Alıyevanı qətlə yetirib. O, Binəqədi RPİ-nin əməkdaşları tərfindən saxlanılıb və istintaqa təqdim edilib.

Hazırlıq iclasında təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.

İş üzrə baxış sentyabrın 28-nə təyin edilib.скачать dle 11.3





Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




          865 20.09.18 15:38