Azərbaycanda məşhur qida məhsullarında virus aşkarlandı - VİDEO » Median.Az News Agency

Azərbaycanda məşhur qida məhsullarında virus aşkarlandı - VİDEO
Azərbaycana qida məhsulları idxal edən bir sıra məşhur şirkətlərə Qida Təhlükəsizliyi Agentliyi tərəfindən ciddi xəbərdarlıq edilib.

Median.Az
xəbər verir ki, bu barədə REAL-a müsahibəsində AQTA-nın Qida Təhlükəsizliyi şöbəsinin müdiri Fərid Əmirov bildirib.

Onun sözlərinə görə, həmin məhsullar ölkəyə idxal olunarkən AQTA-nın müvafiq laboratoriyalarında müayinə olunub və sınaq nəticələrinə əsasən qeyd olunan məhsullarda bir sıra nöqsanlar - bakteriyalar aşkar edilib.

Fərid Əmirov qeyd edib ki, insan orqanizmi üçün təhlükəli olan bu məhsullar sentyabrın 22-dək bütün ticarət şəbəkələrindən yığışdırılmalıdır. Bununla bağlı həmin məhsulları idxal edən şirkətlər AQTA-ya müraciət etməlidir.
AQTA rəsmisi uşaqların qidalanmasında daha çox istifadə olunan və bakteriyalar aşkarlanan həmin məhsulların adlarını açıqlayıb.скачать dle 11.3





Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri




749 20.09.18 13:41