İlham Əliyev Ramil Usubovu mükafatlandırdı - FOTO » Median.Az News Agency

İlham Əliyev Ramil Usubovu mükafatlandırdı - FOTO
Xəbər verildiyi kimi, Azərbaycan Polisinin yaranmasının 100 illiyi münasibətilə, Azərbaycan Respublikasında ictimai təhlükəsizliyin və asayişin təmin edilməsində, cinayətkarlığa qarşı mübarizədə xüsusi xidmətlərinə görə Azərbaycan Respublikasının Prezidentinin 2018-ci il 29 iyun tarixli sərəncamı ilə daxili işlər naziri, general-polkovnik Ramil Usubov 1-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən verilən məlumata görə, ötən gün Prezident İlham Əliyev yüksək dövlət mükafatını - 1-ci dərəcəli “Vətənə xidmətə görə” ordenini daxili işlər naziri, general-polkovnik Ramil Usubova təqdim edib.


скачать dle 11.3


Нажмите на эту ссылку, чтобы прочитать новость на русском языке.


Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri




1 411 20.09.18 13:24