Şeyx: Zəncir vurmağa İmam Hüseyn də razı olmazdı » Median.Az - Bütün xəbərlər bir ünvanda
13:26 Xuliqanlıqda ittiham olunan MMA döyüşçülərindən biri azadlığa buraxıldı  |     13:12 Alimlər Günəşdə çox güclü partlayış qeydə alıblar  |     12:58 Bakıda tarixi hamam narkomanların yuvasına çevrilib - VİDEO  |     12:52 Qazaxın azad olunan kəndində 90-cı illərdən qalan texnikamız - VİDEO  |     12:49 Yarım milyonluq mənimsəmədə ittiham olunan politoloqla bağlı qərar verildi  |     12:48 Hadrut yenidən qurulur - Ən son görüntülər  |     12:34 ABŞ-da Castin Biberin yaxın dostu, reper Kris Kinq güllələndi  |     12:25 Bakıda keçmiş məcburi köçkünlərin evləri ucuz qiymətə satışa çıxarılır - QİYMƏTLƏR  |     12:24 Bakıda taksilərin qiyməti bahalaşdı - VİDEO  |     12:21 AQTA-dan bazar rəhbərlərinə XƏBƏRDARLIQ  |     12:19 Qadının üzərinə benzin tökərək yandırdığı deyilən kişi məmur oğlu imiş - AÇIQLAMA  |     12:18 Bakıda təhlükəli vəziyyət: 130-dan çox yaşı olan bina hər an uça bilər - VİDEO  |     12:16 Sabah 31 dərəcə isti olacaq - PROQNOZ  |     12:14 Qırğızıstan Prezidenti Sadır Japarov Azərbaycana dövlət səfərinə gəlib - YENİLƏNİB  |     12:13 Ötən gün Azərbaycanda 19 kiloqramdan çox narkotik aşkar olunub  |     12:12 Dünya beyin mərkəzlərinin nümayəndələrinin Qarabağa səfəri başlayıb  |     12:11 Xankəndidə avtomat, qumbaraatan və qumbaralar tapılıb  |     12:10 Paytaxtın bəzi ərazilərində yeni parklar salınacaq  |     12:09 Dünya bazarında neft qiymətləri necə dəyişib?  |     12:07 Rusiyanın daha bir neft emalı zavoduna dron hücumu olub - VİDEO  |    

Şeyx: Zəncir vurmağa İmam Hüseyn də razı olmazdı

Aşura günündə baş yarmaq, zəncir vurmaq olmamalıdır.

Bunu Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Şeyxülislam Allahşükür Paşazadə qanvermə aksiyasında jutnalistlərə açıqlamasında bildirib.

Onun sözlərinə görə, bu gün ədalətin bərpa olunan və şəhidlərin yad olunduğu gündür:

“Bütün Azərbaycan və dünya müsəlmanlarına aşsağlığı verirəm. Artıq illərdir ki, bu gün qanvermə aksiyası keçirilir. Biz qan verməklə başqalarına can veririk. Bununla İmam Hüseyn vəsiyyətinə əməl edirik. Aşura günü baş yarmaq, zəncir vurmaq olmasa, yaxşıdır. Buna İmam Hüseyn də razı olmazdı”.

QMİ sədri bildirib ki, bu gün Azərbaycanda qəbul edilən fitvalar məhdudiyyət kimi təqdim edilir:

“Bizim fitvamız uşaqlarla bağlı məqəmlara da toxunub. Yaxşını-pisi bilməyən uşaq məscidə gətirilməməlidir. Azərbaycanda bu günün qeyd edilməsi ilə bağlı məhdudiyyət yoxdur. Baxmayaraq ki, verdiyimiz fitvanı məhdudiyyət kimk qəbul edirlər. Prezident İlham Əliyev dindarlar üçün şərait yaradıb.

Keçən il Hacıcavad məscidi tikildi, bu yaxınlarda prezidentlə məsləhətləşdik və Fatimeyi-Zəhra məscidini prezidentin öz vəsaiti hesabına inşa etdirmək istəyirik. Məhərrəmlikdən sonra tikintiyə başlanılacaq. Azərbaycanda başqa dinlərə olan münasibət yüksək səviyyədədir. Kilsələr təmir olunur. Bunlar dini münasibətlərin yüksək olmasının göstəricisidir”.//oxu.azскачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            1 136 20.09.18 12:36