Azərbaycanda gömrük inspektoru rüşvətə görə işdən qovuldu » Median.Az - Bütün xəbərlər bir ünvanda
23:56 Bakının mərkəzində Xalq şairinin adını daşıyan bağın oturacaqları acınacaqlı vəziyyətdədir - VİDEO  |     22:54 Şəmkirdə 27 yaşlı kişi bıçaqlanıb  |     22:50 Baha satılan və ucuz alınan brilyantla bağlı ARAŞDIRMA - VİDEO  |     22:22 Hindistanın ilk şəhər hava taksisi işə başlayacaq  |     22:08 Suriyada terrorçular 16 hərbçini öldürüb  |     22:01 Bakıda bədii gimnastika üzrə Dünya Kubokunun açılış mərasimi keçirilib  |     21:53 Masallının 16 kəndində qaz təchizatı dayandırılacaq  |     21:46 Qazaxıstanda veyp rəsmən qadağan edilib  |     21:38 Premyer Liqa: “Sumqayıt” səfərdə “Turan Tovuz”a qalib gəlib  |     21:27 Bəzi rayonlarda yağış yağacaq, dolu düşəcək - XƏBƏRDARLIQ  |     21:16 Maliyyə Nazirliyi məcburi audit subyektlərinə müraciət edib  |     21:10 Füzulidə qəsdən adam öldürməkdə təqsirləndirilən şəxsin məhkəməsi başlayır  |     21:03 Tbilisidə keçirilən etiraz aksiyaları zamanı beş polis yaralanıb  |     20:58 Blinken: Biz İsrailin təhlükəsizliyinə sadiqik  |     20:45 "Roma" klubu hücumçusu ilə bağlı qərar verib  |     20:37 Sabah 30 dərəcə isti olacaq - PROQNOZ  |     20:29 İranda partlayış baş verib  |     20:17 Haiti Fransadan milyardlarla təzminat tələb edir  |     20:07 Ceyhun Bayramov diplomatik fəaliyyəti başa çatan Əlcəzair səfiri ilə görüşüb  |     18:48 Sankt-Peterburqa güclü qar yağıb  |    

Azərbaycanda gömrük inspektoru rüşvətə görə işdən qovuldu

Dövlət Gömrük Komitəsinin (DGK) inspektoru Pərviz Hüseynov rüşvətə görə vəzifəsindən azad edilib.

DGK Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsindən verilən məlumata görə, DGK-ya gömrük əməkdaşının vəzifə səlahiyyətlərindən sui istifadə etməklə ölkə ərazisinə qanunsuz yollarla malların idxal olunmasında vasitəçilik etməsi barədə daxil olan məlumat əsasında Komitənin səlahiyyətli vəzifəli şəxsləri tərəfindən Türkiyə Respublikasından Azərbaycan Respublikasına sərnişin daşınmasını həyata keçirən "Lüks İstanbul" firmasına məxsus "Mersedes Benz travego" markalı, 34 VY 3100 nömrə nişanlı sərnişin avtobusu Qərb Ərazi Baş Gömrük İdarəsinin "Qırmızı Körpü" gömrük postunda gömrük nəzarətini keçdikdən sonra saxlanılıb və təkrar gömrük nəzarətinə cəlb edilib.

Yoxlama zamanı sərnişin avtobusunun yük yerində gömrük orqanlarında idxal olunması qeydə alınmayan "metal borular" adlı mallar aşkar olunub. Avtobusun sürücüsü Sağlam Yücel Receb oğlu ilə sorğu-sual aparılaraq müəyyən edilib ki, o həmin "metal borular" adlı yükün gömrük postundan keçirilməsində köməklik göstərilməsi üçün "Qırmızı Körpü" gömrük postunun inspektoru Hüseynov Pərviz Bəhruz oğlu ilə sövdələşib və bunun müqabilində Pərviz Hüseynova 400 ABŞ dolları məbləğində pul verib.

Yoxlama nəticəsində fakt öz təsdiqini tapıb.

Dövlət Gömrük Komitəsi sədrinin müvafiq əmrinə əsasən Hüseynov Pərviz Bəhruz oğlu dərhal tutduğu vəzifədən azad edilib və fakt üzrə müvafiq sənədlər tərtib olunaraq vəzifə səlahiyyətlərindən sui istifadə edən gömrük əməkdaşı barəsində xidməti araşdırmaya başlanılıb.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            3 062 20.09.18 11:51