Sabah bu ünvanlarda qan verə bilərsiz - Siyahı » Median.Az News Agency

Sabah bu ünvanlarda qan verə bilərsiz - Siyahı
Sabah keçiriləcək "Aşura günü”ndə Səhiyyə Nazirliyinin və Qafqaz Müsəlmanları İdarəsinin təşkilatçılığı ilə qana ehtiyacı olan xəstələrə yardım məqsədi ilə könüllü qanvermə aksiyaları keçiriləcək.

Mərasimlər Bakı və regionlarda təşkil olunacaq.

Könüllü aksiyada iştirak etmək arzusunda olan vətəndaşların bu ünvanlarda qan verə bilərlər.

Bakı şəhəri üzrə: Binəqədi rayonu "İmam Əli məscidi”, Xəzər rayonu 14 saylı Birləşmiş Şəhər xəstəxanası və "Mir Mövsüm ağa Ziyarətgahı”, Nəsimi rayonu "Əjdər bəy məscidi ” (mərasim zalı) və 20 saylı şəhər poliklinikası, Nizami rayonu "Şah Abbas məscidi” , Sabunçu rayonu "Rəhimə xanım ziyarətgahı”, Səbail rayonu "Bibiheybət məscid ziyarətgahı ”və "İçəri şəhər Cümə məscidi”, Suraxanı rayonu "Qaracuxur məscidi”, Yasamal rayonua "Təzə pir məscidi” və "Hacı Soltanəli məscidi ”.

Gəncə şəhəri "İmamzadə kompleksi” , Lənkəran şəhəri "Böyük bazar məscidi”, Mingəçevir şəhəri "Heydər məscidi” , Sumqayıt şəhər "Cümə məscidi”, Şəki şəhəri "İmam Əli məscidi”, Mərkəzi Qan bankının Şırvan bölməsi, Ağcabədi Mərkəzi rayon xəstəxanası, Beyləqan Mərkəzi rayon xəstəxanası, Bərdə rayonu "Bərdə İmamzadəsi”, Biləsuvar rayonu "Cümə məscidi”(mərasim zalı), Cəlilabad Mərkəzi rayon Xəstəxanası, Xaçmaz şəhər Məscidi, Ağsu rayon Mərkəzi Xəstəxanası, Qan bankının Quba bölgəsi, Masallı şəhər Cümə məscidi.

Qeyd edək ki, aksiyalar səhər 9:00-dan başlanacaq.скачать dle 11.3





Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri




598 19.09.18 17:47